Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Aerokosmik Qüvvələri bir gecədə Ukraynanın 85 hərbi obyektini vurub

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
Nazirlik nümayəndəsi Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukrayna pilotsuz uçuş aparatlarını vurduğunu da bildirib.
BAKI, 9 aprel - Sputnik. Rusiya Federasiyasının operativ-taktiki aviasiyası bir gecədə Ukrayna qoşunlarının 85 obyektini vurub. Bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkova istinadən xəbər verir.
General bildirib ki, Rusiya vurulan obyektlər arasında iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, dörd özüyeriyən artilleriya silahı, döyüş sursatı ilə təchizat məntəqəsi olan səhra sursat anbarı, iki maddi-texniki təchizat anbarı, həmçinin dörd güclü nöqtə və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var.
Daha sonra Rusiya MN nümayəndəsi havadan yüksək dəqiqlikli raketlərlə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı və Mi-8 helikopterinin məhv edildiyini bildirib.
"Poltava vilayətində, Mirqorod hərbi aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı və Mi-8 helikopteri, həmçinin aviasiya silahları olan anbar hava kəşfiyyatı zamanı məhv edilib”, - deyə o, brifinqdə bildirib.
Konaşenkov əlavə edib ki, gecə saatlarında yüksək dəqiqlikli havadan buraxılan raketlər Dnepropetrovsk vilayətinin Novomoskovsk ərazisində Ukrayna silahlı qüvvələrinin böyük silah-sursat anbarını məhv edib.
Konaşenkov onu da bildirib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı 100-ə yaxın Ukrayna hərbi helikopteri artıq məhv edilib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 127 təyyarə, 98 helikopter, 425 pilotsuz uçuş aparatı, 2031 tank və digər zirehli döyüş maşını, 228 reaktiv yaylım atəşi sistemi, 880 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1932 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib.”, - deyə Konaşenkov qeyd edib.
Daha sonra nazirlik nümayəndəsi Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukrayna pilotsuz uçuş aparatlarını vurduğunu da bildirib:
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Beloqorka, Krasnoqorovka və Krutaya Balka yaşayış məntəqələri ərazilərində havada Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatını vurub”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya MN nümayəndəsi İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 09.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Kiyev Rusiyanı kütləvi qırğınlarda ittiham etmək üçün təxribat hazırlayır
Xəbər lenti
0