https://sputnik.az/20220409/srailin-rahat-seherinde-kafede-acilan-ates-neticesinde-yaralananlar-var-440970256.html
Rahatın kafelərindən birində açılan atəş nəticəsində yaralananlar var
Rahatın kafelərindən birində açılan atəş nəticəsində yaralananlar var
Sputnik Azərbaycan
Bu, son on gün ərzində İsraildə baş verən növbəti terror hadisəsidir. 09.04.2022, Sputnik Azərbaycan
2022-04-09T22:24+0400
2022-04-09T22:24+0400
2022-04-09T22:30+0400
dünya xəbərləri
israil
atəş
yaralı
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426981066_0:0:3073:1728_1920x0_80_0_0_90637491d0ad53db914f578789f86790.jpg
BAKI, 9 aprel - Sputnik. İsrailin Rahat şəhərində bir nəfər kafeyə gələnlərə atəş açıb, 4 nəfər yaralanıb. Bu barədə RİA Novosti İsrail polisinin mətbuat xidmətinə istinadən xəbər yayıb."İsrail polisinə Rahatdakı qəlyan barında atışma xəbəri daxil olub. Tibbi mənbələrdən verilən məlumata görə, 4 nəfər orta dərəcəli, 1 nəfər isə ağır xəsarətlərlə Soroka xəstəxanasına təxliyə edilib", - deyə polisin açıqlamasında bildirilir.Qeyd olunur ki, Rahat əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan şəhərdir. Hadisə yerinə gələn polis əməkdaşları yerli sakinlər tərəfindən daş-qalaq edilib.Aprelin 7-də İsrailin paytaxtı Təl-Əviv şəhərində törədilmiş terror aktı nəticəsində iki nəfər həlak olub. Hadisə nəticəsində daha dörd nəfər yaralanıb. Martın 29-da isə İsraildə atışma nəticəsində 4 nəfər ölüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426981066_1:0:2732:2048_1920x0_80_0_0_56e74b91154b06917cb8ebefc364bc9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, atəş, yaralı
Rahatın kafelərindən birində açılan atəş nəticəsində yaralananlar var
22:24 09.04.2022 (Yenilənib: 22:30 09.04.2022) Bu, son on gün ərzində İsraildə baş verən növbəti terror hadisəsidir.
BAKI, 9 aprel - Sputnik. İsrailin Rahat şəhərində bir nəfər kafeyə gələnlərə atəş açıb, 4 nəfər yaralanıb. Bu barədə RİA Novosti İsrail polisinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
"İsrail polisinə Rahatdakı qəlyan barında atışma xəbəri daxil olub. Tibbi mənbələrdən verilən məlumata görə, 4 nəfər orta dərəcəli, 1 nəfər isə ağır xəsarətlərlə Soroka xəstəxanasına təxliyə edilib", - deyə polisin açıqlamasında bildirilir.
Qeyd olunur ki, Rahat əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan şəhərdir. Hadisə yerinə gələn polis əməkdaşları yerli sakinlər tərəfindən daş-qalaq edilib.
Aprelin 7-də İsrailin paytaxtı Təl-Əviv şəhərində törədilmiş terror aktı nəticəsində iki nəfər həlak olub. Hadisə nəticəsində daha dörd nəfər yaralanıb. Martın 29-da isə İsraildə atışma nəticəsində 4 nəfər ölüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.