https://sputnik.az/20220409/siyasi-rehber-yalan-danisir-gebbelsin-metodlarina-qerbde-hele-de-telebat-var-440942593.html
“Siyasi rəhbər yalan danışır”: Gebbelsin metodlarına Qərbdə hələ də tələbat var
“Siyasi rəhbər yalan danışır”: Gebbelsin metodlarına Qərbdə hələ də tələbat var
Sputnik Azərbaycan
Qərbdəki çoxsaylı analitiklərdən heç biri Buçadan bəhs edərkən iki həftədən çox isti havada qalan cəsədlərin bu qədər vaxtda necə normal vəziyyətdə qalaraq... 09.04.2022, Sputnik Azərbaycan
2022-04-09T08:03+0400
2022-04-09T08:03+0400
2022-04-09T08:03+0400
vpn
təhlil
rusiya
britaniya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437663068_48:0:3180:1762_1920x0_80_0_0_310b40f37e890afd729243615bd0a52c.jpg
Vladimir Kornilov, RİA NovostiSon zamanlar Qərbdə rus xalqına birbaşa müraciət etmək, bəzən isə rus dilində yöndəmsiz ifadələr işlətmək kimi bir dəb yaranıb. Bu ənənənin əsası bir neçə həftə əvvəl Arnold Şvartsenegger tərəfindən qoyulub, son günlərdə isə Britaniya mediası və baş nazir Boris Conson onu yaradıcı şəkildə inkişaf etdirib. “Daily Mirror” qəzeti hətta birinci səhifəsində rus dilində “Bilməlisiniz” başlığı ilə dərc olunub.Burda, hələ Ukrayna prezidenti Vladimir Zelenskinin gündəlik televiziya müraciətlərində mütəmadi olaraq ruslara bu məzmunda müraciətlərini saymırıq.Alovlu çıxışların bütün müəllifləri daim bir postulatdan çıxış edirlər: Rusiya sakinləri “Ukrayna hadisələri haqqında həqiqəti” almaq imkanından məhrumdurlar. Özünüz müqayisə edin:— Arnold Şvartsenegger: "Mən bu gün sizə müraciət edirəm, çünki dünyada sizdən gizlədilən hadisələr var."— Daily Mirror: "Əziz rus dostum. Biz sizə Ukraynadakı müharibə ilə bağlı həqiqətləri bilmənizi istədiyimiz üçün yazırıq... Amma biz onu da bilirik ki, Rusiyada azad mətbuat yoxdur və sizə hər gün Ukraynadakı müharibə barədə yalan məlumatlar verilir".— Boris Conson: "Ruslar həqiqəti öyrənməyə layiqdirlər. Siz faktları bilməyə layiqsiniz."Yəni, orada ciddi qərara gəliblər ki, Rusiya vətəndaşları dünya xəbərlərindən təcrid olunublar və köhnə günlərdə olduğu kimi, hələ də lampalı radioları vasitəsilə xarici “səslərə” qulaq asır, bəzən uzaq radio dalğalarından gələn səsləri tutmağa çalışırlar. Xalqımızı necə də pis tanıyır və Rusiyadakı vəziyyəti necə də səhv başa düşürlər! Bunu özünü Prometey kimi təsəvvür edən, rus xalqına "yanğın" - bu halda sirli VPN abbreviaturası haqqında haqqında gizli biliklər çatdıran Conson aydın şəkildə təsdiqləyib. Görəsən, Borisdən əvvəl müasir texnologiyanın belə bir möcüzəsini necə təxmin edə bilərdik? Lazım gələrsə, xalqımız bu bilikləri ingilislərlə bölüşməyə hazırdır, buna etiraz etmirik.Birdən-birə “rus xalqını sevən” Qərb tənqidçilərinə xatırlatmaq istərdim ki, “soyuq müharibə” dövründə olduğu kimi “səsboğucuları” işə salmağa başlayan Rusiya deyil. Məhz Qərbdə “söz azadlığı” ilə bağlı bütün nağıllara və öz qanunlarına zidd olaraq, informasiya məkanını Rusiya mediasından, hətta Rusiyaya rəğbət bəsləyən sosial şəbəkə istifadəçilərindən "Kreml təbliğatı" etiketi ilə damğalayıb amansızcasına təmizləməyə başladılar. Bizim tədbirlərimiz isə, sadəcə, həssas və simmetrik idi.Şvartsenegger və Ko həqiqətən elə düşünürlər ki, biz Mariupolda və ya digər şəhərlərdə dağıntıların görüntülərini görməmişik. “Rus xalqına məhəbbətini” etiraf edən Arnold uşaqlıq xatirələrini - dahi ağır atletimiz Yuri Vlasovla görüşünün yada salır. İndi Şvartseneggerdən soruşun ki, o, səkkiz ildir ki, uşaqlıq kumirinin doğulduğu Makeevka şəhərində baş verənlər haqqında nəsə eşidib, yoxsa, yox, o zaman Kaliforniyanın keçmiş qubernatoru, şübhəsiz ki, təəccüblənəcək. Ona 2014-15-ci illərdə Ukrayna qoşunlarının bu şəhəri necə ütülədiyinə dair kadrları göstərib niyə o zaman böyük Vlasovun adını xatırlamadığını soruşun, o, çiyinlərini çəkəcək, başqa heç nə. Makeevkada uşaq bağçaları, məktəblər və xəstəxanalar atəşə tutulub. Amma Qərb aktyorları, siyasətçiləri, yazıçıları tərəfindən Ukrayna xalqına və Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə belə müraciətlər olmayıb. Bu, onlara maraqlı deyildi.Boris Conson hesab edir ki, rusiyalı tamaşaçı və ya oxucu ümumiyyətlə Buçada baş verənlər haqqında heç nə eşitməyib. Və biz VPN-i açıb Britaniya mətbuatını oxuyan kimi dərhal gözümüzdəki pərdə açılacaq. O, zərrə qədər də şübhələnmir ki, bizim mediada Kiyev yaxınlığındakı şəhərdə baş verənlər ilkin mənbələrə, o cümlədən Ukrayna mənbələrinə istinadla kadr-kadr, dəqiqə-dəqiqə təhlil edilir. Mən heç bir Qərb nəşrində bu dəhşətli kadrların bizim qədər ətraflı təhlilini görməmişəm. Bəlkə də ona görə də görməmişəm ki, Buçada baş verən hadisələrin xronologiyasının hərtərəfli təhlili “müdafiəsiz insanları edam edən qəddar ruslar” haqqında mifləri təkzib edir.Məsələn, bizdə hər yerdə Buça şəhəri merinin martın 31-də təntənəli şəkildə “rus işğalçılarından azad edilmiş şəhəri” elan etdiyi bəyanat göstərilir. Biz merin (qeyd edək ki, Ukrayna polis dəstələri ilə birlikdə) aprelin 1-də artıq şəhərçiyin mərkəzində olduğu kadrları göstərmişik. Bizə çox maraqlıdır, bu yaxınlarda şəhər statusu almış kiçik qəsəbənin küçələrindəki meyit yığını haradadır? Məhz bizim mətbuatımızda Ukrayna Milli Polisinin aprelin 2-də çəkilmiş Buçanın təmizlənməsi ilə bağlı videosu nümayiş etdirilir. Və eyni zamanda, onlar “mavi sarğısız” insanlara atəş açmaq üçün icazə istəyən ukraynalı yaraqlıdan sitat gətirirlər. Nədənsə bu videonu şəbəkələrdən fəal şəkildə təmizləməyə çalışırlar, amma onu gətirən bizim mediadır. Görəsən, Şvartsenegger və Conson sual vermək istəmirlər ki, bu faktlar Qərb auditoriyasından niyə gizlədilir?Yoxsa Qərbdə kimsə elə düşünür ki, bizim ictimaiyyətə “The New York Times”ın paylaşdığı və guya ən azı martın 19-dan bəri küçələrdəki cəsədlərin toxunulmaz qaldığını sübut edən Buçadan “sensasiyalı” peyk görüntüləri nümayiş etdirilmir? Məhz Qərb mediası itaətkarlıqla, heç bir tənqidi təhlil etmədən, “Amerika xalqının düşməni”ndən (Donald Tramp bu qəzeti məhəbbətlə bu cür adlandırırdı) sonra bu tezisi təkrarladı. Jurnalistlərimiz isə bu şəkilləri ətraflı təhlil edərək, nə bu qəzetin, nə də başqa bir Qərb qəzetinin səhifələrində tapa bilməyəcəyiniz suallar qaldırdılar.Məsələn, Qərbdəki çoxsaylı analitiklərdən heç biri iki həftədən çox isti havada qalan cəsədlərin bu qədər vaxtı necə normal vəziyyətdə qalaraq çürüməməsi sualını qaldırmadı. Məhz biz martın 19-dan başlayaraq Kiyevdə və onun ətrafında gündəlik temperaturu diqqətlə təhlil etdik və müəyyən etdik ki, havanın temperaturu həmin günlərdə orada bəzən 20 dərəcəyə çatıb. Ancaq son günlər Buçaya gələn çoxsaylı Qərb jurnalistləri bu cəsədləri sakitcə lentə alır və çürümüş cəsəd iyinin sizi sadəcə yıxacağı bir yerə yaxın olmaq üçün respiratorlara niyə ehtiyac duymadıqlarına belə təəccüblənmirlər.İki həftədən artıqdır ki, şəhər əhalisi arasından olan ölənlərin heç bir qonşu, qohum, tanışlarının onları axtarmaması, onları küçədə tapmaması, köməyə çağırmaması, hətta orada rus bölmələrinin mövcudluğu zamanı belə şəhərdə işləyən polisə müraciət etməməsi ilə bağlı heç bir yerdə sual yox idi. Buça sakinlərinin faciəsi haqqında bütün həqiqəti onlar deyil, biz bilmək istəyirik.İndi isə Consondan soruşaq: rus istifadəçisinə VPN niyə lazımdır? Buça hadisələri ilə bağlı Rusiya televiziyalarında ətraflı demədikləri və təhlil etmədikləri əlavə hansı məlumatları öyrənə bilər? Burada britaniyalı tamaşaçı bir anlığa öz mediasının rusofob təbliğatından, saxtakarlığından əl çəkib rus materialları ilə tanış olsa, çoxlu yeniliklər kəşf edərdi. London da, Vaşinqton da bunu yaxşı bilir və ona görə də Rusiyadan istənilən informasiyanı aktiv şəkildə özlərinə sərf edən şəkildə təqdim edirlər. Hərçənd, bu, heç də həmişə işə yaramır.Məsələn, Niderland mətbuatı bu yaxınlarda Zelenskinin öz parlamentindəki virtual çıxışını boykot edən Demokratiya Forumu partiyasının hətta Buça hadisələrindən sonra da Qərbi Ukraynadakı münaqişəni bir az da qızışdırmaqda ittiham etməsindən təəssüflənir. Financial Times isə Asiya və Afrikadakı çox ciddi problemə işarə etdi: onlar deyirlər ki, Twitter @IStandWithPutin (“Mən Putinin yanındayam”) heşteqi üçün hesabları hər necə qadağan etsə də, oradakı auditoriya nə olur-olsun, “Rusiya təbliğatına” inanır və yenə də hər şey üçün Qərbi günahlandırır. Görəsən, sosial şəbəkələrdən incəliklərinə qədər senzuraya məruz qalmış ingilislərdən və ya amerikalılardan daha çox məlumat əldə etmək imkanı olan insanlar niyə Rusiya mediasına etibar edirlər? Bəlkə kimin haqlı olduğunu dərhal anladıqlarına görə?Nəticə isə birmənalıdır: həqiqət üçün daha da pisdir - öz mediaları üçün senzuranı daha da gücləndirmək və Rusiya haqqında daha çox yalan yaymaq.İngilis Daily Mirror-un rusdilli müraciətinin nümunəsi daha xarakterikdir, çünki o, Gebbelsin təbliğatının ən pis ənənələrində tərtib edilib. Səksən il əvvəl Qırmızı ordunun səngərlərinə davamlı olaraq vərəqələr atılırdı: "Siyasi rəhbəriniz sizə yalan danışır. Alman əsirliyində sizə işgəncə verilmir, öldürülmür, əksinə, yaxşı rəftar olunur!" Belə ki, “Mirror” da vicdan əzabı çəkmədən yazır: “Prezidentiniz Ukraynanın Rusiya üçün təhlükə törətdiyini və nasistlərlə dolu olduğunu deyəndə yalan danışır”.Və elə həmin qəzet “Rus əsgərləri tərəfindən zorlanaraq öldürülən qadının bədəni svastika ilə işarələndi” başlığı çox dəhşətli saxta məlumata istinad edir. Məqalədə “Azov” yaraqlılarının bazasına çevrilmiş 18 saylı Mariupol məktəbinin zirzəmisində tapılan qadın cəsədinin fotosuna istinad edildiyi üçün bu, həyasızcasına təqdim edilmiş bir yalandır. Şəkil bütün Rusiya KİV-ində çoxdan əksini tapıb, geniş rezonans doğurub, vəhşilik faktı ilə bağlı Rusiya İstintaq Komitəsi martın 28-də iş açıb, Mirror isə bir həftə sonra yazır ki, “fotoşəklin harada çəkildiyini aydınlaşdıra bilib." Amma, görürsünüz, qəzet artıq bilir ki, guya qız rus hərbçiləri tərəfindən zorlanıb və öldürülüb.Başa düşün ki, bunun “Azov” faşistlərinin qurbanı olduğu etiraf edilərsə, “Siyasi rəhbər sizə yalan danışır ki, Ukrayna faşistlərlə doludur” vərəqəsi dərhal bütün mənasını itirir. Və, söyləyin – belə olan halda Mirror-un metodları Gebbelsin metodlarından nə ilə fərqlənir?!İndi isə Conson suala özü cavab versin: VPN vasitəsilə Britaniya saytlarına daxil olmaq işgəncəyə məruz qalan qadının dəhşətli fotosunun harada və nə vaxt çəkildiyini bilən (Rusiya KİV sayəsində!) məlumatlı oxucunun fikrini necə dəyişəcəkdi? Nədənsə, bu foto bir həftə rusiyalıdan yox, ingilis tamaşaçılarından gizlədilib. Əgər London və ya Edinburq sakininin Conson hökuməti tərəfindən bloklanan telekanallarımıza çıxışı olsaydı, o, sarı mətbuat qəzetlərinin bu primitiv saxtakarlıqlarını deyil, Ukrayna və Donbassda baş verən hadisələrlə bağlı həqiqətə uyğun məlumatları ala bilərdi. Amma məhz buna görə “Prometey” Conson VPN-in nə olduğunu onlara deyil, bizə izah edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220406/buca-ucqat-dibi-olan-anti-rusiya-texribati-440869020.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437663068_440:0:2789:1762_1920x0_80_0_0_1695aa6993510ce9a92b59f7dc96e08c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vpn, rusiya, britaniya
“Siyasi rəhbər yalan danışır”: Gebbelsin metodlarına Qərbdə hələ də tələbat var
Qərbdəki çoxsaylı analitiklərdən heç biri Buçadan bəhs edərkən iki həftədən çox isti havada qalan cəsədlərin bu qədər vaxtda necə normal vəziyyətdə qalaraq çürümədi barədə sual verməyib.
Vladimir Kornilov, RİA Novosti
Son zamanlar Qərbdə rus xalqına birbaşa müraciət etmək, bəzən isə rus dilində yöndəmsiz ifadələr işlətmək kimi bir dəb yaranıb. Bu ənənənin əsası bir neçə həftə əvvəl Arnold Şvartsenegger tərəfindən qoyulub, son günlərdə isə Britaniya mediası və baş nazir Boris Conson onu yaradıcı şəkildə inkişaf etdirib. “Daily Mirror” qəzeti hətta birinci səhifəsində rus dilində “Bilməlisiniz” başlığı ilə dərc olunub.
Burda, hələ Ukrayna prezidenti Vladimir Zelenskinin gündəlik televiziya müraciətlərində mütəmadi olaraq ruslara bu məzmunda müraciətlərini saymırıq.
Alovlu çıxışların bütün müəllifləri daim bir postulatdan çıxış edirlər: Rusiya sakinləri “Ukrayna hadisələri haqqında həqiqəti” almaq imkanından məhrumdurlar. Özünüz müqayisə edin:
— Arnold Şvartsenegger: "Mən bu gün sizə müraciət edirəm, çünki dünyada sizdən gizlədilən hadisələr var."
— Daily Mirror: "Əziz rus dostum. Biz sizə Ukraynadakı müharibə ilə bağlı həqiqətləri bilmənizi istədiyimiz üçün yazırıq... Amma biz onu da bilirik ki, Rusiyada azad mətbuat yoxdur və sizə hər gün Ukraynadakı müharibə barədə yalan məlumatlar verilir".
— Boris Conson: "Ruslar həqiqəti öyrənməyə layiqdirlər. Siz faktları bilməyə layiqsiniz."
Yəni, orada ciddi qərara gəliblər ki, Rusiya vətəndaşları dünya xəbərlərindən təcrid olunublar və köhnə günlərdə olduğu kimi, hələ də lampalı radioları vasitəsilə xarici “səslərə” qulaq asır, bəzən uzaq radio dalğalarından gələn səsləri tutmağa çalışırlar. Xalqımızı necə də pis tanıyır və Rusiyadakı vəziyyəti necə də səhv başa düşürlər! Bunu özünü Prometey kimi təsəvvür edən, rus xalqına "yanğın" - bu halda sirli VPN abbreviaturası haqqında haqqında gizli biliklər çatdıran Conson aydın şəkildə təsdiqləyib. Görəsən, Borisdən əvvəl müasir texnologiyanın belə bir möcüzəsini necə təxmin edə bilərdik? Lazım gələrsə, xalqımız bu bilikləri ingilislərlə bölüşməyə hazırdır, buna etiraz etmirik.
Birdən-birə “rus xalqını sevən” Qərb tənqidçilərinə xatırlatmaq istərdim ki, “soyuq müharibə” dövründə olduğu kimi “səsboğucuları” işə salmağa başlayan Rusiya deyil. Məhz Qərbdə “söz azadlığı” ilə bağlı bütün nağıllara və öz qanunlarına zidd olaraq, informasiya məkanını Rusiya mediasından, hətta Rusiyaya rəğbət bəsləyən sosial şəbəkə istifadəçilərindən "Kreml təbliğatı" etiketi ilə damğalayıb amansızcasına təmizləməyə başladılar. Bizim tədbirlərimiz isə, sadəcə, həssas və simmetrik idi.
Şvartsenegger və Ko həqiqətən elə düşünürlər ki, biz Mariupolda və ya digər şəhərlərdə dağıntıların görüntülərini görməmişik. “Rus xalqına məhəbbətini” etiraf edən Arnold uşaqlıq xatirələrini - dahi ağır atletimiz Yuri Vlasovla görüşünün yada salır. İndi Şvartseneggerdən soruşun ki, o, səkkiz ildir ki, uşaqlıq kumirinin doğulduğu Makeevka şəhərində baş verənlər haqqında nəsə eşidib, yoxsa, yox, o zaman Kaliforniyanın keçmiş qubernatoru, şübhəsiz ki, təəccüblənəcək. Ona 2014-15-ci illərdə Ukrayna qoşunlarının bu şəhəri necə ütülədiyinə dair kadrları göstərib niyə o zaman böyük Vlasovun adını xatırlamadığını soruşun, o, çiyinlərini çəkəcək, başqa heç nə. Makeevkada uşaq bağçaları, məktəblər və xəstəxanalar atəşə tutulub. Amma Qərb aktyorları, siyasətçiləri, yazıçıları tərəfindən Ukrayna xalqına və Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə belə müraciətlər olmayıb. Bu, onlara maraqlı deyildi.
Boris Conson hesab edir ki, rusiyalı tamaşaçı və ya oxucu ümumiyyətlə Buçada baş verənlər haqqında heç nə eşitməyib. Və biz VPN-i açıb Britaniya mətbuatını oxuyan kimi dərhal gözümüzdəki pərdə açılacaq. O, zərrə qədər də şübhələnmir ki, bizim mediada Kiyev yaxınlığındakı şəhərdə baş verənlər ilkin mənbələrə, o cümlədən Ukrayna mənbələrinə istinadla kadr-kadr, dəqiqə-dəqiqə təhlil edilir. Mən heç bir Qərb nəşrində bu dəhşətli kadrların bizim qədər ətraflı təhlilini görməmişəm. Bəlkə də ona görə də görməmişəm ki, Buçada baş verən hadisələrin xronologiyasının hərtərəfli təhlili “müdafiəsiz insanları edam edən qəddar ruslar” haqqında mifləri təkzib edir.
Məsələn, bizdə hər yerdə Buça şəhəri merinin martın 31-də təntənəli şəkildə “rus işğalçılarından azad edilmiş şəhəri” elan etdiyi bəyanat göstərilir. Biz merin (qeyd edək ki, Ukrayna polis dəstələri ilə birlikdə) aprelin 1-də artıq şəhərçiyin mərkəzində olduğu kadrları göstərmişik. Bizə çox maraqlıdır, bu yaxınlarda şəhər statusu almış kiçik qəsəbənin küçələrindəki meyit yığını haradadır? Məhz bizim mətbuatımızda Ukrayna Milli Polisinin aprelin 2-də çəkilmiş Buçanın təmizlənməsi ilə bağlı videosu nümayiş etdirilir. Və eyni zamanda, onlar “mavi sarğısız” insanlara atəş açmaq üçün icazə istəyən ukraynalı yaraqlıdan sitat gətirirlər. Nədənsə bu videonu şəbəkələrdən fəal şəkildə təmizləməyə çalışırlar, amma onu gətirən bizim mediadır. Görəsən, Şvartsenegger və Conson sual vermək istəmirlər ki, bu faktlar Qərb auditoriyasından niyə gizlədilir?
Yoxsa Qərbdə kimsə elə düşünür ki, bizim ictimaiyyətə “The New York Times”ın paylaşdığı və guya ən azı martın 19-dan bəri küçələrdəki cəsədlərin toxunulmaz qaldığını sübut edən Buçadan “sensasiyalı” peyk görüntüləri nümayiş etdirilmir? Məhz Qərb mediası itaətkarlıqla, heç bir tənqidi təhlil etmədən, “Amerika xalqının düşməni”ndən (Donald Tramp bu qəzeti məhəbbətlə bu cür adlandırırdı) sonra bu tezisi təkrarladı. Jurnalistlərimiz isə bu şəkilləri ətraflı təhlil edərək, nə bu qəzetin, nə də başqa bir Qərb qəzetinin səhifələrində tapa bilməyəcəyiniz suallar qaldırdılar.
Məsələn, Qərbdəki çoxsaylı analitiklərdən heç biri iki həftədən çox isti havada qalan cəsədlərin bu qədər vaxtı necə normal vəziyyətdə qalaraq çürüməməsi sualını qaldırmadı. Məhz biz martın 19-dan başlayaraq Kiyevdə və onun ətrafında gündəlik temperaturu diqqətlə təhlil etdik və müəyyən etdik ki, havanın temperaturu həmin günlərdə orada bəzən 20 dərəcəyə çatıb. Ancaq son günlər Buçaya gələn çoxsaylı Qərb jurnalistləri bu cəsədləri sakitcə lentə alır və çürümüş cəsəd iyinin sizi sadəcə yıxacağı bir yerə yaxın olmaq üçün respiratorlara niyə ehtiyac duymadıqlarına belə təəccüblənmirlər.
İki həftədən artıqdır ki, şəhər əhalisi arasından olan ölənlərin heç bir qonşu, qohum, tanışlarının onları axtarmaması, onları küçədə tapmaması, köməyə çağırmaması, hətta orada rus bölmələrinin mövcudluğu zamanı belə şəhərdə işləyən polisə müraciət etməməsi ilə bağlı heç bir yerdə sual yox idi. Buça sakinlərinin faciəsi haqqında bütün həqiqəti onlar deyil, biz bilmək istəyirik.
İndi isə Consondan soruşaq: rus istifadəçisinə VPN niyə lazımdır? Buça hadisələri ilə bağlı Rusiya televiziyalarında ətraflı demədikləri və təhlil etmədikləri əlavə hansı məlumatları öyrənə bilər? Burada britaniyalı tamaşaçı bir anlığa öz mediasının rusofob təbliğatından, saxtakarlığından əl çəkib rus materialları ilə tanış olsa, çoxlu yeniliklər kəşf edərdi. London da, Vaşinqton da bunu yaxşı bilir və ona görə də Rusiyadan istənilən informasiyanı aktiv şəkildə özlərinə sərf edən şəkildə təqdim edirlər. Hərçənd, bu, heç də həmişə işə yaramır.
Məsələn, Niderland mətbuatı bu yaxınlarda Zelenskinin öz parlamentindəki virtual çıxışını boykot edən Demokratiya Forumu partiyasının hətta Buça hadisələrindən sonra da Qərbi Ukraynadakı münaqişəni bir az da qızışdırmaqda ittiham etməsindən təəssüflənir. Financial Times isə Asiya və Afrikadakı çox ciddi problemə işarə etdi: onlar deyirlər ki, Twitter @IStandWithPutin (“Mən Putinin yanındayam”) heşteqi üçün hesabları hər necə qadağan etsə də, oradakı auditoriya nə olur-olsun, “Rusiya təbliğatına” inanır və yenə də hər şey üçün Qərbi günahlandırır. Görəsən, sosial şəbəkələrdən incəliklərinə qədər senzuraya məruz qalmış ingilislərdən və ya amerikalılardan daha çox məlumat əldə etmək imkanı olan insanlar niyə Rusiya mediasına etibar edirlər? Bəlkə kimin haqlı olduğunu dərhal anladıqlarına görə?
Nəticə isə birmənalıdır: həqiqət üçün daha da pisdir - öz mediaları üçün senzuranı daha da gücləndirmək və Rusiya haqqında daha çox yalan yaymaq.
İngilis Daily Mirror-un rusdilli müraciətinin nümunəsi daha xarakterikdir, çünki o, Gebbelsin təbliğatının ən pis ənənələrində tərtib edilib. Səksən il əvvəl Qırmızı ordunun səngərlərinə davamlı olaraq vərəqələr atılırdı: "Siyasi rəhbəriniz sizə yalan danışır. Alman əsirliyində sizə işgəncə verilmir, öldürülmür, əksinə, yaxşı rəftar olunur!" Belə ki, “Mirror” da vicdan əzabı çəkmədən yazır: “Prezidentiniz Ukraynanın Rusiya üçün təhlükə törətdiyini və nasistlərlə dolu olduğunu deyəndə yalan danışır”.
Və elə həmin qəzet “Rus əsgərləri tərəfindən zorlanaraq öldürülən qadının bədəni svastika ilə işarələndi” başlığı çox dəhşətli saxta məlumata istinad edir. Məqalədə “Azov” yaraqlılarının bazasına çevrilmiş 18 saylı Mariupol məktəbinin zirzəmisində tapılan qadın cəsədinin fotosuna istinad edildiyi üçün bu, həyasızcasına təqdim edilmiş bir yalandır. Şəkil bütün Rusiya KİV-ində çoxdan əksini tapıb, geniş rezonans doğurub, vəhşilik faktı ilə bağlı Rusiya İstintaq Komitəsi martın 28-də iş açıb, Mirror isə bir həftə sonra yazır ki, “fotoşəklin harada çəkildiyini aydınlaşdıra bilib." Amma, görürsünüz, qəzet artıq bilir ki, guya qız rus hərbçiləri tərəfindən zorlanıb və öldürülüb.
Başa düşün ki, bunun “Azov” faşistlərinin qurbanı olduğu etiraf edilərsə, “Siyasi rəhbər sizə yalan danışır ki, Ukrayna faşistlərlə doludur” vərəqəsi dərhal bütün mənasını itirir. Və, söyləyin – belə olan halda Mirror-un metodları Gebbelsin metodlarından nə ilə fərqlənir?!
İndi isə Conson suala özü cavab versin: VPN vasitəsilə Britaniya saytlarına daxil olmaq işgəncəyə məruz qalan qadının dəhşətli fotosunun harada və nə vaxt çəkildiyini bilən (Rusiya KİV sayəsində!) məlumatlı oxucunun fikrini necə dəyişəcəkdi? Nədənsə, bu foto bir həftə rusiyalıdan yox, ingilis tamaşaçılarından gizlədilib. Əgər London və ya Edinburq sakininin Conson hökuməti tərəfindən bloklanan telekanallarımıza çıxışı olsaydı, o, sarı mətbuat qəzetlərinin bu primitiv saxtakarlıqlarını deyil, Ukrayna və Donbassda baş verən hadisələrlə bağlı həqiqətə uyğun məlumatları ala bilərdi. Amma məhz buna görə “Prometey” Conson VPN-in nə olduğunu onlara deyil, bizə izah edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.