DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Parisdə prezident seçkiləri ərəfəsində etiraz aksiyaları keçirilib

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidFransa Prezidenti Emmanuel Makron
Fransa Prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
Aksiyalar ümumilikdə dinc keçsə də, nümayişçilər zibil qutularını yandırıb, bəzi metal hasarları söküblər.
BAKI, 9 aprel - Sputnik. Fransada prezident seçkiləri ərəfəsində Parisdə bir sıra etiraz aksiyaları, o cümlədən “sarı jiletlilər” hərəkatının fəallarının iştirakı ilə aksiyalar keçirilib. Bu barədə RİA Novosti xəbər yayıb.
Prezident seçkilərindən bir gün əvvəl, şənbə günü Parisdə bir neçə etirazçı qrup aksiya keçirib.
Etirazçılar arasında hazırkı prezident və namizəd Emmanuel Makrona qarşı çıxan “sarı jiletlilər” hərəkatının fəalları da olub. Onlar “Gələcək üçün yürüş” şüarı ilə aksiya keçiriblər.
Nümayişçilər musiqi və zərb sədaları altında belə şüarlar səsləndiriblər: “Makron, birinci raundda çıx!”, “Makron – istefa!”, onların plakatlarında “Makron – hərəkətsizlik” yazılıb.
Etirazçılar sosial ədalət, sülh və bərabərlik uğrunda şüarlar səsləndirilər.
Yürüşlər ümumilikdə dinc şəraitdə keçsə də, Respublika meydanına çatan nümayişçilər zibil qutularını yandırıb, metal hasarları sökməyə başlayıblar. Polis müdaxilə edib və bu cür hərəkətlərin qarşısı alınıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək. Ən yüksək hökumət postu uğrunda 12 siyasətçi, o cümlədən Fransanın hazırkı prezidenti Emmanuel Makron, ifrat sağçı Milli birlik partiyasının lideri Marin Le Pen, sağ mərkəzçi "Respublikaçılar"ın namizədi Valeri Pekress, "Yenidən fəth" partiyasının qurucusu, ifrat sağçı namizəd Erik Zemmur, "Ram edilməyən Fransa" partiyasının rəhbəri Jan-Lyuk Melenşon, solçu Kommunist Partiyasının milli katibi Fabien Russel, Sosialistlər Partiyasından namizəd olan Paris meri Anne Hidalqo, "Avropa - Ekologiya - Yaşıllar" partiyasının üzvü Yannik Jado və başqaları mübarizə aparırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya XİN rəhbəri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 08.04.2022
RUSİYA
Minsk Qrupunun danışıqlardakı taleyi sual altındadır - Lavrov
Xəbər lenti
0