CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir vətəndaşımız minaya düşdü

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 668, tank əleyhinə 4 962 mina və 14 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 9 aprel - Sputnik. Tərtərdə mina partlayışı olub. APA-nın xəbərinə görə, Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Həsənqaya kəndi ərazisində qoyun otararkən minaya düşüb.
Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son bir ay ərzində icra olunan əməliyyatlar barədə ümumi məlumat yayıb.
Martın 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 68 piyada əleyhinə mina, 97 tank əleyhinə mina və 298 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 306 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 668, tank əleyhinə 4 962 mina və 14 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda 7 866 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0