https://sputnik.az/20220408/ukrayna-universitetlerine-qebul-elanlari-saxta-cixdi-440937942.html
Ukrayna universitetlərinə qəbul elanları saxta çıxdı
Ukrayna universitetlərinə qəbul elanları saxta çıxdı
Sputnik Azərbaycan
Sosial şəbəkələrdə Azərbaycandan Ukrayna universitetlərinə qəbul elanları paylaşılır ki, bunun da reallıqla əlaqəsi yoxdur. 08.04.2022, Sputnik Azərbaycan
2022-04-08T20:00+0400
2022-04-08T20:00+0400
2022-04-08T20:00+0400
ukrayna
təhsil
diplom
universitet
saxta
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426208518_0:0:3077:1731_1920x0_80_0_0_501774fd36745ce8dd29d555fa760b1f.jpg
BAKI, 8 aprel — Sputnik. Ukraynada aparılan xüsusi hərbi əməliyyatlar səbəbindən bu ölkədə təhsil alan minlərlə əcnəbi tələbə təhsilini yarımçıq qoyaraq öz ölkəsinə gedir. Buna baxmayaraq, hazırda sosial şəbəkələrdə Ukrayna ali təhsil müəssisələrinə tələbə qəbulu elanlarına rast gəlinir.Ukraynanın Kiyev Turizm, Qonaqpərvərlik və Hüquq Universitetinin səhifəsi vasitəsilə əcnəbi tələbələr təhsilə dəvət edilir. Hətta bunun üçün ölkəmizdəki xaricdə təhsil şirkətləri ilə əlaqə saxlamaq tövsiyə olunur.Bir elanın izi iləÖncə Ukrayna universitetlərinə xaricdən tələbə qəbulu üçün tövsiyə edilən, Azərbaycanda xaricdə təhsil xidməti göstərən şirkətlərindən biri ilə əlaqə saxlayırıq. "ZENİTH" xaricdə təhsil şirkətindən Sputnik Azərbaycan-a bildirirlər ki, onlar Ukrayna universitetlərinə tələbə qəbulu aparsalar da, hazırda bu ölkədə baş verən hadisələrdən dolayı sənəd qəbulunu dayandırıblar: "Bizim şirkəti Ukrayna ali məktəblərinə qəbul üçün tövsiyə edənlər yəqin ki, əvvəl bu işlə məşğul olduğumuz üçün məsləhət görüblər. Ukraynada vəziyyət bəllidir. Xeyli sayda tələbənin təhsili yarımçıq qalıb. Belə bir vaxtda biz necə bu xidməti təklif edə bilərik?".Həmçinin şirkətdən bildiriblər ki, kimsə onların adından Ukraynaya tələbə qəbulu aparıldığını söyləyirsə, buna inanmasınlar.İşbazlar yenidən iş başındaAzərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Ukraynada vətəndaşlığı olan azərbaycanlılar belə, orada yaşaya bilmirlər, o ki qaldı tələbə təhsil alsın:"Bu insanları aldadan elanlardır. Ukraynada həyat çöküb. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələr təhsillərini yarımçıq qoyub Vətənə geri dönüblər. Onlar təhsillərini davam etdirə bilmirlərsə, bu vəziyyətdə yeni tələbə qəbulunun aparılması mümkün deyil. Çox güman ki, bu işdə aldatma məqsədi var".Oğlan abituriyentlər diqqətli olsunOnun sözlərinə görə, bu gün universitetlər fəaliyyət göstərmir. Həmsöhbətimiz deyir ki, infrastrukturun hansı durumda olduğunu hamı bilir. Belə bir durumda Ukrayna universitetlərinə qəbul elanları verən insanların məqsədi pul qazanmaqdır.İ.Orucov onu da əlavə edib ki, ola bilər ki, kimsə hərbi xidmətdən möhlət almaq üçün bu yolla aldadılsın. Çünki dövlət bu cür məsələlərlə mübarizə apara bilmir. Ona görə də insanlar maariflənməli, bu cür elanların arxasınca getməməlidirlər.Ekspert bəzən Azərbaycanda ali məktəbə qəbul oluna bilməyənlərin bu cür xaricdə təhsil elanları arxasınca qaçdığını söyləyir. Çünki həmin universitetlər qəbul üçün yüksək bilik tələb etmir. Ona görə də attestatla xaricdə ali məktəbə qəbul olanların diplomlarının tanınması ilə bağlı da Azərbaycanda kifayət qədər problemlər üzə çıxıb.Xatırladaq ki, Ukrayna hökuməti mart ayının 25-dən tədrisin bərpa olunduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426208518_101:0:2830:2047_1920x0_80_0_0_f2d1ad3f89c874f6e248f27b82ab78c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ukrayna, diplom, universitet, saxta
ukrayna, diplom, universitet, saxta
Ukrayna universitetlərinə qəbul elanları saxta çıxdı
Sosial şəbəkələrdə Azərbaycandan Ukrayna universitetlərinə qəbul elanları paylaşılır ki, bunun da reallıqla əlaqəsi yoxdur.
BAKI, 8 aprel — Sputnik. Ukraynada aparılan xüsusi hərbi əməliyyatlar səbəbindən bu ölkədə təhsil alan minlərlə əcnəbi tələbə təhsilini yarımçıq qoyaraq öz ölkəsinə gedir. Buna baxmayaraq, hazırda sosial şəbəkələrdə Ukrayna ali təhsil müəssisələrinə tələbə qəbulu elanlarına rast gəlinir.
Ukraynanın Kiyev Turizm, Qonaqpərvərlik və Hüquq Universitetinin səhifəsi vasitəsilə əcnəbi tələbələr təhsilə dəvət edilir. Hətta bunun üçün ölkəmizdəki xaricdə təhsil şirkətləri ilə əlaqə saxlamaq tövsiyə olunur.
Öncə Ukrayna universitetlərinə xaricdən tələbə qəbulu üçün tövsiyə edilən, Azərbaycanda xaricdə təhsil xidməti göstərən şirkətlərindən biri ilə əlaqə saxlayırıq.
"ZENİTH" xaricdə təhsil şirkətindən Sputnik Azərbaycan-a bildirirlər ki, onlar Ukrayna universitetlərinə tələbə qəbulu aparsalar da, hazırda bu ölkədə baş verən hadisələrdən dolayı sənəd qəbulunu dayandırıblar:
"Bizim şirkəti Ukrayna ali məktəblərinə qəbul üçün tövsiyə edənlər yəqin ki, əvvəl bu işlə məşğul olduğumuz üçün məsləhət görüblər. Ukraynada vəziyyət bəllidir. Xeyli sayda tələbənin təhsili yarımçıq qalıb. Belə bir vaxtda biz necə bu xidməti təklif edə bilərik?".
Həmçinin şirkətdən bildiriblər ki, kimsə onların adından Ukraynaya tələbə qəbulu aparıldığını söyləyirsə, buna inanmasınlar.
İşbazlar yenidən iş başında
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Ukraynada vətəndaşlığı olan azərbaycanlılar belə, orada yaşaya bilmirlər, o ki qaldı tələbə təhsil alsın:
"Bu insanları aldadan elanlardır. Ukraynada həyat çöküb. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələr təhsillərini yarımçıq qoyub Vətənə geri dönüblər. Onlar təhsillərini davam etdirə bilmirlərsə, bu vəziyyətdə yeni tələbə qəbulunun aparılması mümkün deyil. Çox güman ki, bu işdə aldatma məqsədi var".
Oğlan abituriyentlər diqqətli olsun
Onun sözlərinə görə, bu gün universitetlər fəaliyyət göstərmir. Həmsöhbətimiz deyir ki, infrastrukturun hansı durumda olduğunu hamı bilir. Belə bir durumda Ukrayna universitetlərinə qəbul elanları verən insanların məqsədi pul qazanmaqdır.
İ.Orucov onu da əlavə edib ki, ola bilər ki, kimsə hərbi xidmətdən möhlət almaq üçün bu yolla aldadılsın. Çünki dövlət bu cür məsələlərlə mübarizə apara bilmir. Ona görə də insanlar maariflənməli, bu cür elanların arxasınca getməməlidirlər.
Ekspert bəzən Azərbaycanda ali məktəbə qəbul oluna bilməyənlərin bu cür xaricdə təhsil elanları arxasınca qaçdığını söyləyir. Çünki həmin universitetlər qəbul üçün yüksək bilik tələb etmir. Ona görə də attestatla xaricdə ali məktəbə qəbul olanların diplomlarının tanınması ilə bağlı da Azərbaycanda kifayət qədər problemlər üzə çıxıb.
Xatırladaq ki, Ukrayna hökuməti mart ayının 25-dən tədrisin bərpa olunduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.