Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şənbə gününün hava proqnozu açıqlandı

© AP Photo / Anupam NathBuludlu hava, arxiv şəkli
Buludlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Ölkəmizin bölgələrində bir sıra yerlərdə yağış yağacaq, üstəlik qar da ola bilər.
BAKI, 8 aprel - Sputnik. Aprelin 9-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Пара идет по снегу, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.03.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Sabahın hava proqnozu: Qar yağacaq, hava şaxtalı olacaq
Xəbər lenti
0