Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Odessada artilleriya anbarı məhv edilib - RF MN

© Photo : Rusiya Federasiyasının Müdafiə NazirliyiRusiya ordusu Suriyada, arxiv şəkli
Rusiya ordusu Suriyada, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 54 hərbi obyekti məhv edib.
BAKI, 8 aprel - Sputnik. Rusiyanın yüksək dəqiqlikli raketi Odessada artilleriya anbarını məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
General əlavə edib ki, gün ərzində Rusiyanın operativ-taktiki aviasiyası Ukraynada 54 hərbi obyekti məhv edib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 126 təyyarə, 421 pilotsuz uçuş aparatı 2024 tank, 225 YARS və 1923 ədəd xüsusi təyinatlı hərbi texnikası da məhv edilib"-, deyə Rusiya MN sözçüsü vurğulayıb.
Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı vəziyyətlə bağlı yaydığı məlumatda isə bildirilir ki, Mariupoldan radio dinləmələrinin nəticələrinə görə, şəhərin işğal olunmuş ərazilərində xeyli sayda əcnəbi muzdlular var.
Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 54 hərbi obyektini vurub.
Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-27 qırıcısını havada vurub.
"️Kramatorskda “Toçka-U” raketinin radiusu və qalıqlarının təhlili onun Ukrayna SQ nəzarətində olan ərazidən buraxıldığını təsdiqləyir", - MN-in məlumatında deyilir.
Həmçinin bildirilir ki, xüsusi hərbi əməliyyat zamanı Ukraynaya məxsus 8 ədəd “Toçka-U” və mövcud raketlərin təxminən 90%-i məhv edilib. Ukrayna silahlı qüvvələri hələ də çox sayda “Toçka-U” raket arsenalına malikdir.
Xüsusi əməliyyat başlayandan Rusiya SQ tərəfindən Ukrayna Silahlı Qüvvələrinin 421 PUA və 2024 zirehli texnikasını məhv edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Kiyev Kramatorska endirdiyi zərbəyə görə məsuliyyətdən yayına bilməyəcək - RF XİN
Xəbər lenti
0