https://sputnik.az/20220408/kiyev-kramatorska-endirdiyi-zerbeye-gore-mesuliyyetden-yayina-bilmeyecek---rf-xn-440949105.html
Kiyev Kramatorska endirdiyi zərbəyə görə məsuliyyətdən yayına bilməyəcək - RF XİN
Kiyev Kramatorska endirdiyi zərbəyə görə məsuliyyətdən yayına bilməyəcək - RF XİN
Sputnik Azərbaycan
Rusiya XİN bəyan edib ki, Ukrayna qoşunları tərəfindən Kramatorsk şəhərinin raket atəşinə tutulması barbar təcavüz aktıdır. 08.04.2022, Sputnik Azərbaycan
2022-04-08T21:00+0400
2022-04-08T21:00+0400
2022-04-08T21:00+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
rusiya xin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830142_0:0:3167:1782_1920x0_80_0_0_c8885b62849e343b47fba3b8cefcbece.jpg
BAKI, 8 aprel — Sputnik. Kiyev Kramatorska endirdiyi zərbəyə görə məsuliyyətdən yayına bilməyəcək.Bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda əksini tapılb."️Ukrayna qoşunları tərəfindən Kramatorsk şəhərinin raket atəşinə tutulması barbar təcavüz aktıdır", - bəyanatda deyilir.Rəsmi Moskva Kiyevi silah tədarükünü dayandırmağa çağırıb."️Rusiya tərəfi həmçinin beynəlxalq ictimaiyyəti Ukrayna birləşmələrinin törətdiyi cinayətə dair obyektiv qiymət verməyə çağırır", - XİN-in bəyanatında deyilir.***Aprelin 8-də Rusiyanın Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilib.“Kiyev millətçi rejiminin nümayəndələrinin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmir yolu vağzalına həyata keçirdiyi iddia edilən "raket hücumu" ilə bağlı bütün bəyanatlar təxribatdır və həqiqətə uyğun deyil. Rusiya Silahlı Qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb”, - Rusiya MN-in məlumatında qeyd olunub.Rusiya MN-dən o da bildirilib ki, fraqmentləri Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan və hadisə şahidləri tərəfindən dərc edilən “Toçka-U” taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir.Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanın raket hücumu nəticəsində 50 nəfərin həlak olduğu, 100-dən çox insanın yaralandığı barədə məlumat yayıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830142_346:0:3077:2048_1920x0_80_0_0_ede928be5a8626c472aec3263aea4da4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya xin, ukrayna
rusiya, rusiya xin, ukrayna
Kiyev Kramatorska endirdiyi zərbəyə görə məsuliyyətdən yayına bilməyəcək - RF XİN
Rusiya XİN bəyan edib ki, Ukrayna qoşunları tərəfindən Kramatorsk şəhərinin raket atəşinə tutulması barbar təcavüz aktıdır.
BAKI, 8 aprel — Sputnik. Kiyev Kramatorska endirdiyi zərbəyə görə məsuliyyətdən yayına bilməyəcək.
Bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda əksini tapılb.
"️Ukrayna qoşunları tərəfindən Kramatorsk şəhərinin raket atəşinə tutulması barbar təcavüz aktıdır", - bəyanatda deyilir.
Rəsmi Moskva Kiyevi silah tədarükünü dayandırmağa çağırıb.
"️Rusiya tərəfi həmçinin beynəlxalq ictimaiyyəti Ukrayna birləşmələrinin törətdiyi cinayətə dair obyektiv qiymət verməyə çağırır", - XİN-in bəyanatında deyilir.
Aprelin 8-də Rusiyanın Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilib.
“Kiyev millətçi rejiminin nümayəndələrinin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmir yolu vağzalına həyata keçirdiyi iddia edilən "raket hücumu" ilə bağlı bütün bəyanatlar təxribatdır və həqiqətə uyğun deyil. Rusiya Silahlı Qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb”, - Rusiya MN-in məlumatında qeyd olunub.
Rusiya MN-dən o da bildirilib ki, fraqmentləri Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan və hadisə şahidləri tərəfindən dərc edilən “Toçka-U” taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir.
Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanın raket hücumu nəticəsində 50 nəfərin həlak olduğu, 100-dən çox insanın yaralandığı barədə məlumat yayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.