https://sputnik.az/20220408/eve-ehtiyaci-olanlara-sad-xeber---siyahiyaalma-onlarin-xeyrine-ola-biler-440907405.html
Evə ehtiyacı olanlara şad xəbər - Siyahıyaalma onların xeyrinə ola bilər
Evə ehtiyacı olanlara şad xəbər - Siyahıyaalma onların xeyrinə ola bilər
Sputnik Azərbaycan
Prezidentin yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının hazırlanması barədə sərəncamı evsiz insanlarda ümid... 08.04.2022, Sputnik Azərbaycan
2022-04-08T10:02+0400
2022-04-08T10:02+0400
2022-04-08T10:02+0400
prezident
cəmiyyət
əmlak
milli fəaliyyət planı
asan
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741407_0:76:1960:1179_1920x0_80_0_0_531b4293103bb249dcc9adf00316a747.jpg
BAKI, 8 aprel — Sputnik. Yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahıları dərc ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planı"nda əksini tapıb.Həmin Tədbirlər Planına əsasən, Nazirlər Kabineti 2022-2024-cü illər ərzində İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc ediləcək və aktuallığı daim təmin ediləcək.Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə rəhbəri tərəfindən verilmiş bu göstərişin arxasında konkret bir mahiyyətə söykənən məsələ dayanır.Həmsöhbətimiz deyir ki, ola bilməz ki, Prezidentin siyahısının hazırlanması ilə bağlı göstəriş yalnız statistika aparmaq niyyəti güdsün:"Bu məsələnin arxasında dayanan məqsədi izah və təhlil etmək imkanları məhduddur. Çünki bu işin nə vaxt yekunlaşacağı hələki, məlum deyil".Bununla belə R. Osmanlı deyir ki, son illərdə ölkəmizdə məcburi köçkünlərin məskunlaşması üçün xeyli yaşayış kompleksləri inşa olunub. Həmin mənzillərin gələcəkdə mənzilə ehtiyacı olan vətəndaşlara ən uyğun şərtlərlə satılması reallaşa bilər:"Məcburi köçkünlərin geri qayıtması aktuallaşıb. Məcburi köçkünlər öz-yurd yuvalarına qayıtdıqdan sonra onlara köçkün olduqları dövrdə dövlət tərəfindən verilən mənzillər ola bilər ki, güzəştli şəkildə vətəndaşlara verilsin. Evsiz insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində müəyyən müsbət qərarlar qəbul olunsun".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220407/dovlet-bascisi-bir-sira-qanunvericilik-aktlarina-imza-atib-440909186.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741407_128:0:1700:1179_1920x0_80_0_0_c1d476c0ac54161bb252b4d4fd8e2acb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
prezident, əmlak, milli fəaliyyət planı, asan
prezident, əmlak, milli fəaliyyət planı, asan
Evə ehtiyacı olanlara şad xəbər - Siyahıyaalma onların xeyrinə ola bilər
Prezidentin yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının hazırlanması barədə sərəncamı evsiz insanlarda ümid yaradıb.
BAKI, 8 aprel — Sputnik. Yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahıları dərc ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planı"nda əksini tapıb.
Həmin Tədbirlər Planına əsasən, Nazirlər Kabineti 2022-2024-cü illər ərzində İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc ediləcək və aktuallığı daim təmin ediləcək.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə rəhbəri tərəfindən verilmiş bu göstərişin arxasında konkret bir mahiyyətə söykənən məsələ dayanır.
Həmsöhbətimiz deyir ki, ola bilməz ki, Prezidentin siyahısının hazırlanması ilə bağlı göstəriş yalnız statistika aparmaq niyyəti güdsün:
"Bu məsələnin arxasında dayanan məqsədi izah və təhlil etmək imkanları məhduddur. Çünki bu işin nə vaxt yekunlaşacağı hələki, məlum deyil".
Bununla belə R. Osmanlı deyir ki, son illərdə ölkəmizdə məcburi köçkünlərin məskunlaşması üçün xeyli yaşayış kompleksləri inşa olunub. Həmin mənzillərin gələcəkdə mənzilə ehtiyacı olan vətəndaşlara ən uyğun şərtlərlə satılması reallaşa bilər:
"Məcburi köçkünlərin geri qayıtması aktuallaşıb. Məcburi köçkünlər öz-yurd yuvalarına qayıtdıqdan sonra onlara köçkün olduqları dövrdə dövlət tərəfindən verilən mənzillər ola bilər ki, güzəştli şəkildə vətəndaşlara verilsin. Evsiz insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində müəyyən müsbət qərarlar qəbul olunsun".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.