https://sputnik.az/20220408/dunyaca-meshur-lenkeranli-neneler-440858074.html
Dünyaca məşhur lənkəranlı "Nənələr"
Dünyaca məşhur lənkəranlı "Nənələr"
Sputnik Azərbaycan
Oxuduqları mahnılar, həmin nəğmələrin sözləri milyonların yaddaşındadır. Həmişə onlar yada düşəndə dodağımız qaçır - məşhur talış "Nənələr". 08.04.2022, Sputnik Azərbaycan
2022-04-08T10:24+0400
2022-04-08T10:24+0400
2022-04-08T10:49+0400
video
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440882816_0:0:1920:1080_1920x0_80_0_0_25643125dba80bce243e0cb7579ab4cc.jpg
Azərbaycanın ən məşhur folklor ansambllarından biri də Lənkəranın "Nənələr" kollektividir. Lənkəranın Separadi kəndinin sakinləri olan "Nənələr" əsasən Azərbaycan və Talış xalq mahnılarını, bayatılarını ifa edirlər.Ansamblın üzvü Gülbəzək Kərimovanın bildirdiyinə görə, ansamblın ilk üzvləri dörd bacı olub:"Anam olub, qaynanam olub, onlar dörd bacı olublar. Sonradan iki nəfər də onlara qoşulub. Amma onlar da özgələri olmayıb, bacıların öz gəlinləri olub. 1985-ci ildə Ulu Öndərimiz Lənkərana gəlib bu "Nənələr"i görəndə, onlar o vaxt bir az cavan idilər. Ulu Öndər "Nənələr"ə Xalq Kollektivi adını verib. Hazırda bizim bədii rəhbərimiz Fərhad Məmmədovdur".G.Kərimova qeyd edir ki, ansambl əvvəlki kimi altı nəfər ailə üzvündən ibarətdir:"Kollektivin iki üzvü ən birinci gələnlərdəndir, onlar da bacıdırlar. Ansamblın ən yaşlı üzvünün 86, ən kiçiyinin isə 54-55 yaşı var"."Nənələr"in ən böyük arzusu Şuşada konsert vermək imiş, bu da onlara nəsib olub. Bir çox konsertlər və festivallarda çıxış edən nənələrin ən yadda qalan çıxışı Şuşa şəhərində olub:"Ən yadda qalan konsertimiz Şuşada olub. Çox yüksək səviyyədə, çox gözəl, çox möhtəşəm idi. Ən böyük arzumuz o idi ki, Şuşaya gedib orada konsert verək, Allah Təala onu bizə qismət etdi".Qeyd edək ki, hazırda "Nənələr" ansamblının 6 nəfər üzvü var: Xanımbacı Quliyeva, Qızbəs Əhədova, Gülbəzək Kərimova, Şərəf Məmmədova, Rübabə Kərimova, Bacıgül Rzayeva.Qeyd edək ki, bir neçə il öncə "Nənələr"in üzvü olmuş Xanbibi Əzimova dünyasını dəyişdikdən sonra ansamblda onun yerini yaxın qohumu Bacıgül Rzayevə tutub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440882816_240:0:1680:1080_1920x0_80_0_0_7584f4c0fe83290eab78577db149c1cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
azərbaycan, видео
Dünyaca məşhur lənkəranlı "Nənələr"
10:24 08.04.2022 (Yenilənib: 10:49 08.04.2022) Oxuduqları mahnılar, həmin nəğmələrin sözləri milyonların yaddaşındadır. Həmişə onlar yada düşəndə dodağımız qaçır - məşhur talış "Nənələr".
Azərbaycanın ən məşhur folklor ansambllarından biri də Lənkəranın "Nənələr" kollektividir. Lənkəranın Separadi kəndinin sakinləri olan "Nənələr" əsasən Azərbaycan və Talış xalq mahnılarını, bayatılarını ifa edirlər.
Ansamblın üzvü Gülbəzək Kərimovanın bildirdiyinə görə, ansamblın ilk üzvləri dörd bacı olub:
"Anam olub, qaynanam olub, onlar dörd bacı olublar. Sonradan iki nəfər də onlara qoşulub. Amma onlar da özgələri olmayıb, bacıların öz gəlinləri olub. 1985-ci ildə Ulu Öndərimiz Lənkərana gəlib bu "Nənələr"i görəndə, onlar o vaxt bir az cavan idilər. Ulu Öndər "Nənələr"ə Xalq Kollektivi adını verib. Hazırda bizim bədii rəhbərimiz Fərhad Məmmədovdur".
G.Kərimova qeyd edir ki, ansambl əvvəlki kimi altı nəfər ailə üzvündən ibarətdir:
"Kollektivin iki üzvü ən birinci gələnlərdəndir, onlar da bacıdırlar. Ansamblın ən yaşlı üzvünün 86, ən kiçiyinin isə 54-55 yaşı var".
"Nənələr"in ən böyük arzusu Şuşada konsert vermək imiş, bu da onlara nəsib olub. Bir çox konsertlər və festivallarda çıxış edən nənələrin ən yadda qalan çıxışı Şuşa şəhərində olub:
"Ən yadda qalan konsertimiz Şuşada olub. Çox yüksək səviyyədə, çox gözəl, çox möhtəşəm idi. Ən böyük arzumuz o idi ki, Şuşaya gedib orada konsert verək, Allah Təala onu bizə qismət etdi".
Qeyd edək ki, hazırda "Nənələr" ansamblının 6 nəfər üzvü var: Xanımbacı Quliyeva, Qızbəs Əhədova, Gülbəzək Kərimova, Şərəf Məmmədova, Rübabə Kərimova, Bacıgül Rzayeva.
Qeyd edək ki, bir neçə il öncə "Nənələr"in üzvü olmuş Xanbibi Əzimova dünyasını dəyişdikdən sonra ansamblda onun yerini yaxın qohumu Bacıgül Rzayevə tutub.