https://sputnik.az/20220408/dsx-ve-bas-prokurorluq-serhedi-pozanlar-barede-melumat-yaydi-440922190.html
DSX və Baş Prokurorluq sərhədi pozanlar barədə məlumat yaydı
DSX və Baş Prokurorluq sərhədi pozanlar barədə məlumat yaydı
Sputnik Azərbaycan
İran-Azərbaycan sərhədində yenidən problem yaşanıb, bu dəfə hadisə Cəlilabad rayonu istiqamətində cərəyan edib. 08.04.2022, Sputnik Azərbaycan
2022-04-08T12:41+0400
2022-04-08T12:41+0400
2022-04-08T12:55+0400
axtarış
hadisə
dsx
dövlət sərhəd xidməti
baş prokurorluq
sərhəd pozucusu
https://cdnn1.img.sputnik.az/img/07e4/08/13/424717239_154:312:1200:900_1920x0_80_0_0_fa59251208d01b4685eaf683c5d04345.jpg
BAKI, 8 aprel — Sputnik. Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti (DSX) birgə məlumat yayıb.Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda deyilir:"7 aprel tarixində saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunmuş, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadının "Dayan" əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər.Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib, sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hal-hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram "marixuana", 10650 qram "heroin", 85 qram "tiryək", 4080 qram "metamfetamin") və 300 ədəd "metadon 40" psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.Qeyd edilən faktla bağlı cinayət işi başlanılmış, hazırda Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".Xatırladaq ki, bir neçə gün əvvəl Cəbrayıl rayonu ərazisində dövlət sərhədini pozan silahlı İran vətəndaşı zərərsizləşdirilmişdi.4 aprel tarixində saat 20:45 radələrində DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirib, "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsizləşdirib. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220405/cebrayilda-randan-gelen-6-nefer-silahli-serhedi-pozub-440818774.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/13/424717239_0:0:1200:900_1920x0_80_0_0_967823f4944b7f8e53889169ad766b61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
axtarış, dsx, dövlət sərhəd xidməti, baş prokurorluq, sərhəd pozucusu
axtarış, dsx, dövlət sərhəd xidməti, baş prokurorluq, sərhəd pozucusu
DSX və Baş Prokurorluq sərhədi pozanlar barədə məlumat yaydı
12:41 08.04.2022 (Yenilənib: 12:55 08.04.2022) İran-Azərbaycan sərhədində yenidən problem yaşanıb, bu dəfə hadisə Cəlilabad rayonu istiqamətində cərəyan edib.
BAKI, 8 aprel — Sputnik. Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti (DSX) birgə məlumat yayıb.
Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda deyilir:
"7 aprel tarixində saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunmuş, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadının "Dayan" əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər.
Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib, sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hal-hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram "marixuana", 10650 qram "heroin", 85 qram "tiryək", 4080 qram "metamfetamin") və 300 ədəd "metadon 40" psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Qeyd edilən faktla bağlı cinayət işi başlanılmış, hazırda Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
Xatırladaq ki, bir neçə gün əvvəl Cəbrayıl rayonu ərazisində dövlət sərhədini pozan silahlı İran vətəndaşı zərərsizləşdirilmişdi.
4 aprel tarixində saat 20:45 radələrində DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.
Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirib, "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsizləşdirib. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.