Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Daha iki xəstəxana əvvəlki rejiminə qayıtdı

© Sputnik / Murad OrujovXəstəxana
Xəstəxana  - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Ölkəmizdə koronavirus xəstələrinin müalicəsinə ayrılmış tibb müəssisələri ənənəvi iş rejiminə qayıdır.
BAKI, 8 aprel — Sputnik. COVID-19 infeksiyasına yoluxma üzrə gündəlik aktiv xəstə sayında müşahidə olunan kəskin azalmaya uyğun olaraq, Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.
TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hər iki tibb müəssisələrində Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb, triaj sistemi qurulub və digər şöbələr xəstə qəbuluna tam hazır vəziyyətə gətirilib.
TƏBİB-in Koordinasiya şöbəsinin koordinatoru Orxan Bağızadə və mütəxəssisi Şirin Səmədova görülmüş işlərlə yerində yaxından tanış olub, müvafiq tövsiyələr veriblər.
Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.
Qeyd edək ki, 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb. Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası fəaliyyətini qismən davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0