https://sputnik.az/20220408/ceyhun-bayramovla-sergey-lavrov-arasinda-kritik-telefon-sohbeti-440946178.html
Ceyhun Bayramovla Sergey Lavrov arasında kritik telefon söhbəti
Ceyhun Bayramovla Sergey Lavrov arasında kritik telefon söhbəti
Sputnik Azərbaycan
Müttəfiqlik Bəyannaməsinin, üçtərəfli sazişlərin yerinə yetirilməsi, eləcə də Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası üzrə komissiya, sülh... 08.04.2022, Sputnik Azərbaycan
2022-04-08T19:20+0400
2022-04-08T19:20+0400
2022-04-08T19:33+0400
siyasət
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
brüssel
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425261585_0:0:3078:1731_1920x0_80_0_0_479779a18e68b9dc347f165219fc919c.jpg
BAKI, 8 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Söhbət zamanı "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin icrası da daxil olmaqla ikitərəfli münasibətlərin geniş spektri məsələləri müzakirə edilib.Nazirlər həmçinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalanan üçtərəfli sazişlərin müddəalarının yerinə yetirilməsi, o cümlədən regionun blokdan çıxarılması üzrə işçi qrupunun fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması səyləri, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar üçün şəraitin formalaşdırılması məsələsi də XİN başçılarının gündəmində olub.Xatırladaq ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425261585_206:0:2937:2048_1920x0_80_0_0_45fa98bb4b6271cca59eb0d47206f008.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, brüssel
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, brüssel
Ceyhun Bayramovla Sergey Lavrov arasında kritik telefon söhbəti
19:20 08.04.2022 (Yenilənib: 19:33 08.04.2022) Müttəfiqlik Bəyannaməsinin, üçtərəfli sazişlərin yerinə yetirilməsi, eləcə də Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası üzrə komissiya, sülh müqaviləsinin hazırlanması üzrə məsələlər XİN başçılarının gündəmində olub.
BAKI, 8 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin icrası da daxil olmaqla ikitərəfli münasibətlərin geniş spektri məsələləri müzakirə edilib.
Nazirlər həmçinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalanan üçtərəfli sazişlərin müddəalarının yerinə yetirilməsi, o cümlədən regionun blokdan çıxarılması üzrə işçi qrupunun fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması səyləri, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar üçün şəraitin formalaşdırılması məsələsi də XİN başçılarının gündəmində olub.
Xatırladaq ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.