Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda rublun bahalaşması davam edir

© Sputnik / Мария ДевахинаRubl
Rubl  - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Son günlər Rusiya rublu dollar qarşısında sürətlə bahalaşmağa davam edir. Dünən ABŞ dolları 74,26 rubla qədər ucuzlaşıb
BAKI, 8 aprel — Sputnik. Aprelin 8-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 2.9% artaraq 0.0214 manat (1000 rubl = 21.4 manat) olub.
Sputnik Azərbaycan xəbər verir ki, dünən isə 1000 rubl 20.8 manat təşkil edib. Beləliklə, bu gün dünənə nisbətən, rubl manat qarşısında daha 60 qəpik bahalaşıb.
Rubl sürətlə bahalaşmağa davam edir
Qeyd edək ki, son günlər Rusiya rublu sürətlə bahalaşmağa davam edir. Dünən ABŞ dolları 74,26 rubla qədər ucuzlaşıb. Avro 2021-ci ilin oktyabrından bəri ilk dəfə 80,84 rubla düşüb.
Analitik Roman Blinov bildirib ki, son zamanlar müşahidə etdiyimiz rublun möhkəmlənməsi bir sıra amillərlə bağlıdır. Bunlardan başlıcası Rusiya Mərkəzi Bankının taktikası və valyuta ixracatçılarının hərəkətləridir. Rublun möhkəmlənməsinin digər aspekti Qərbin beynəlxalq ödənişlər ilə bağlı güzəştlərə getməli olduğunu əsaslandırmaq zərurətidir.
Rusiyanın dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməli olduqları haqqında açıqlaması da buna təsir edir.
Xatırladaq ki, martın 9-da 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0