https://sputnik.az/20220407/tehsil-xidmetleri-de-asanlasir-440893842.html
Təhsil xidmətləri də "ASAN"laşır
Təhsil xidmətləri də "ASAN"laşır
Sputnik Azərbaycan
Təhsil Nazirliyi bildirib ki, ilkin mərhələdə vətəndaşlar "ASAN xidmət"in beş təhsil xidmətindən yararlana biləcəklər. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T17:44+0400
2022-04-07T17:44+0400
2022-04-07T17:44+0400
asan
azərbaycan xəbərləri
təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427611913_0:0:2001:1125_1920x0_80_0_0_40393c9bdccfbd5286621b17771b8d97.jpg
BAKI, 7 aprel — Sputnik. Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində "ASAN xidmət" mərkəzlərində vətəndaşlara təhsil xidmətləri təqdim olunur.Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, hazırda ilk olaraq Bakı şəhərində 5 saylı “ASAN xidmət” mərkəzində sözügedən xidmət göstərilir. Prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə həyata keçirilməsi planlaşdırılır.İlkin mərhələdə vətəndaşlar 5 təhsil xidmətindən yararlana biləcəklər. Vətəndaşlar mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, cari təhsil alanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlana bilərlər.Növbəti mərhələlərdə xidmətlərin sayının artırılması nəzərdə tutulur.Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla yanaşı, elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra “ASAN xidmət” mərkəzlərinə də yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427611913_41:0:1818:1333_1920x0_80_0_0_83898cde8517d9b851e45b64195c1388.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
asan, təhsil nazirliyi
Təhsil xidmətləri də "ASAN"laşır
Təhsil Nazirliyi bildirib ki, ilkin mərhələdə vətəndaşlar "ASAN xidmət"in beş təhsil xidmətindən yararlana biləcəklər.
BAKI, 7 aprel — Sputnik. Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində "ASAN xidmət" mərkəzlərində vətəndaşlara təhsil xidmətləri təqdim olunur.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, hazırda ilk olaraq Bakı şəhərində 5 saylı “ASAN xidmət” mərkəzində sözügedən xidmət göstərilir. Prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə həyata keçirilməsi planlaşdırılır.
İlkin mərhələdə vətəndaşlar 5 təhsil xidmətindən yararlana biləcəklər. Vətəndaşlar mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, cari təhsil alanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlana bilərlər.
Növbəti mərhələlərdə xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla yanaşı, elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra “ASAN xidmət” mərkəzlərinə də yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.