https://sputnik.az/20220407/swift-siz-azerbaycan-ve-rusiya-arasinda-ticaret-elaqelerinin-yeni-realligi-440893470.html
SWIFT-siz: Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin yeni reallığı
SWIFT-siz: Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin yeni reallığı
Sputnik Azərbaycan
SWIFT-in rus analoqu - Rusiya Bankının maliyyə mesajlaşma sistemi haqqında nə məlumdur və MMÖS-ə (Maliyyə məlumatlarının ötürülmə sistemi) keçid qarşılıqlı... 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T15:30+0400
2022-04-07T15:30+0400
2022-04-07T15:30+0400
rubl
iqtisadiyyat
swift
rusiya
https://cdnn1.img.sputnik.az/img/42230/73/422307322_0:0:2001:1125_1920x0_80_0_0_2465c18be80498605e5c54b15449279d.jpg
BAKI, 7 aprel — Sputnik. Rusiyanın SWIFT sistemindən qoparılması ilk növbədə bütün dünya üzrə sahibkarlara zərbə vurdu - Rusiya şirkətləri ilə ticarət edən iş adamları müqavilələrə görə ödənişləri edə bilmirlər, bu da müvafiq olaraq tədarük zəncirlərinin qırılmasına və nəticədə qlobal inflyasiyanın sürətlənməsinə səbəb olur.Azərbaycanın Rusiya mallarını idxal edən işgüzar dairələri də qibtə olunmaz vəziyyətdə qalıblar. Bir çox irili-xırdalı sahibkar pul köçürmələrində yaranan çətinliklərlə əlaqədar Rusiya Federasiyasındakı şirkətlərlə bağlanmış müqavilələrə görə ödəniş edə bilmədiklərindən şikayətlənirlər.Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov xarici müqavilələrin ödənişində yaranan çətinlikləri şərh edərkən bildirib ki, problem müvəqqətidir və Azərbaycan banklarının Rusiya Bankının maliyyə vəsaitlərinin ötürülmə sisteminə qoşulması ilə ödənişlərlə bağlı risklərin minimuma endirilməsi asanlaşacaq.MMÖS - SWIFT-in rus analoquRusiya Bankı maliyyə məlumatlarının ötürülmə sistemi MMÖS) beynəlxalq maliyyə sistemindən asılı olmayaraq SWIFT-in rus analoqudur. 2014-cü ilin sonunda MMÖS, test rejimində işə salındı , 2015-ci ilin yayında isə Rusiya bankları ona fəal şəkildə qoşulmağa başladılar.Rusiyanın bütün bankları və demək olar ki, bütün iri maliyyə təşkilatları və şirkətləri, eləcə də 50-dən çox xarici şirkət MMÖS -ə qoşulub. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin ərazisində MMÖS sisteminin tətbiqi ilə yanaşı, Türkiyə, Almaniya, İsveçrə, Fransa, Yaponiya, İsveç və Kubanın bəzi bankları artıq ona inteqrasiya olunub.Azərbaycanda Rusiyanın VTB bankının törəmə şirkəti olan VTB Azərbaycan ilk dəfə olaraq MMÖS -ə qoşulub.Yerli bankın müştəriləri Rusiya ilə rublla vəsait köçürmək və almaq, alınan rublu Azərbaycan manatına çevirmək, həmçinin ölkə daxilində manatla əməliyyatlar aparmaq üçün adi əməliyyatlar apara bilərlər.Pul köçürmələri üçün davamlı formatın saxlanması vacibdirAzərbaycanın Rusiyanın ödəniş sisteminə inteqrasiyası imkanlarını şərh edən Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru Elşad Məmmədov bildirib ki, Azərbaycanın Rusiya Mərkəzi Bankının ödəniş sisteminə inteqrasiyası iki ölkənin iqtisadi qurumları arasında əməkdaşlığa və iqtisadi artıma təkan verə bilər. Digər tərəfdən, bu, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin sabitliyinin qorunmasıdır. "Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar kontekstində və Rusiya Federasiyasının Azərbaycanın xarici iqtisadi siyasətində mühüm və əhəmiyyətli rolunu nəzərə alaraq, sadəcə olaraq, ödənişlərin həyata keçirilməsi baxımından sabit münasibətlərin qurulması zəruridir"- iqtisadçı ekspert Sputnik Azərbaycan-a müsahibəsində deyib.Məmmədovun sözlərinə görə, bu, həm qarşılıqlı ticarətə, həm də birbaşa maliyyə seqmentinə, o cümlədən Azərbaycan-Rusiya münasibətləri üçün son dərəcə vacib olan pul köçürmələrinə aiddir."Unutmaq lazım deyil ki, müxtəlif mənbələrə görə, Rusiya Federasiyasında üç milyona qədər soydaşımız yaşayır. Pul köçürmələri üçün sabit formatların saxlanılması çox vacibdir", - iqtisadçı bildirib.Qərb sistemlərindən asılı olmayan hesablara keçidBununla yanaşı, Məmmədov hesab edir ki, Azərbaycan və Rusiya arasında ticari - iqtisadi əlaqələrin hazırkı göstəriciləri öz potensialından çox uzaqdır, onların artırılmasına, o cümlədən maliyyə sektorunda əməkdaşlığın yeni formatlarına keçidə ehtiyac var. Bu, ödənişlərin valyutasına da aiddir."Mən tam əminəm ki, yaxın gələcəkdə, qısa müddətdə Azərbaycan və Rusiya milli valyutalarda qarşılıqlı hesablaşmalara keçməlidir", - Sputnik Azərbaycan-ın həmsöhbəti deyir.Ümumiyyətlə, Bakı və Moskva ölkələr arasında ödənişlərin daha təkmilləşmiş üsulları üzrə əməkdaşlıq formatına keçməlidir.Məmmədov onu da bildirib ki, Qərb sistemlərindən asılı olmayan sistemlərdən istifadə etməklə hesablaşmalara keçid iki ölkənin milli iqtisadiyyatı üçün son dərəcə məqsədəuyğundur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42230/73/422307322_0:0:1773:1330_1920x0_80_0_0_3c738c1629572c947268736cac67a16b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rubl, swift, rusiya
SWIFT-siz: Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin yeni reallığı
SWIFT-in rus analoqu - Rusiya Bankının maliyyə mesajlaşma sistemi haqqında nə məlumdur və MMÖS-ə (Maliyyə məlumatlarının ötürülmə sistemi) keçid qarşılıqlı hesablaşmalarda riskləri minimuma endirməyə necə kömək edəcək?
BAKI, 7 aprel — Sputnik. Rusiyanın SWIFT sistemindən qoparılması ilk növbədə bütün dünya üzrə sahibkarlara zərbə vurdu - Rusiya şirkətləri ilə ticarət edən iş adamları müqavilələrə görə ödənişləri edə bilmirlər, bu da müvafiq olaraq tədarük zəncirlərinin qırılmasına və nəticədə qlobal inflyasiyanın sürətlənməsinə səbəb olur.
Azərbaycanın Rusiya mallarını idxal edən işgüzar dairələri də qibtə olunmaz vəziyyətdə qalıblar. Bir çox irili-xırdalı sahibkar pul köçürmələrində yaranan çətinliklərlə əlaqədar Rusiya Federasiyasındakı şirkətlərlə bağlanmış müqavilələrə görə ödəniş edə bilmədiklərindən şikayətlənirlər.
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov xarici müqavilələrin ödənişində yaranan çətinlikləri şərh edərkən bildirib ki, problem müvəqqətidir və Azərbaycan banklarının Rusiya Bankının maliyyə vəsaitlərinin ötürülmə sisteminə qoşulması ilə ödənişlərlə bağlı risklərin minimuma endirilməsi asanlaşacaq.
MMÖS - SWIFT-in rus analoqu
Rusiya Bankı maliyyə məlumatlarının ötürülmə sistemi MMÖS) beynəlxalq maliyyə sistemindən asılı olmayaraq SWIFT-in rus analoqudur. 2014-cü ilin sonunda MMÖS, test rejimində işə salındı , 2015-ci ilin yayında isə Rusiya bankları ona fəal şəkildə qoşulmağa başladılar.
Rusiyanın bütün bankları və demək olar ki, bütün iri maliyyə təşkilatları və şirkətləri, eləcə də 50-dən çox xarici şirkət MMÖS -ə qoşulub. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin ərazisində MMÖS sisteminin tətbiqi ilə yanaşı, Türkiyə, Almaniya, İsveçrə, Fransa, Yaponiya, İsveç və Kubanın bəzi bankları artıq ona inteqrasiya olunub.
Azərbaycanda Rusiyanın VTB bankının törəmə şirkəti olan VTB Azərbaycan ilk dəfə olaraq MMÖS -ə qoşulub.
Yerli bankın müştəriləri Rusiya ilə rublla vəsait köçürmək və almaq, alınan rublu Azərbaycan manatına çevirmək, həmçinin ölkə daxilində manatla əməliyyatlar aparmaq üçün adi əməliyyatlar apara bilərlər.
Pul köçürmələri üçün davamlı formatın saxlanması vacibdir
Azərbaycanın Rusiyanın ödəniş sisteminə inteqrasiyası imkanlarını şərh edən Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru Elşad Məmmədov bildirib ki, Azərbaycanın Rusiya Mərkəzi Bankının ödəniş sisteminə inteqrasiyası iki ölkənin iqtisadi qurumları arasında əməkdaşlığa və iqtisadi artıma təkan verə bilər. Digər tərəfdən, bu, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin sabitliyinin qorunmasıdır.
"Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar kontekstində və Rusiya Federasiyasının Azərbaycanın xarici iqtisadi siyasətində mühüm və əhəmiyyətli rolunu nəzərə alaraq, sadəcə olaraq, ödənişlərin həyata keçirilməsi baxımından sabit münasibətlərin qurulması zəruridir"- iqtisadçı ekspert Sputnik Azərbaycan-a müsahibəsində deyib.
Məmmədovun sözlərinə görə, bu, həm qarşılıqlı ticarətə, həm də birbaşa maliyyə seqmentinə, o cümlədən Azərbaycan-Rusiya münasibətləri üçün son dərəcə vacib olan pul köçürmələrinə aiddir.
"Unutmaq lazım deyil ki, müxtəlif mənbələrə görə, Rusiya Federasiyasında üç milyona qədər soydaşımız yaşayır. Pul köçürmələri üçün sabit formatların saxlanılması çox vacibdir", - iqtisadçı bildirib.
Qərb sistemlərindən asılı olmayan hesablara keçid
Bununla yanaşı, Məmmədov hesab edir ki, Azərbaycan və Rusiya arasında ticari - iqtisadi əlaqələrin hazırkı göstəriciləri öz potensialından çox uzaqdır, onların artırılmasına, o cümlədən maliyyə sektorunda əməkdaşlığın yeni formatlarına keçidə ehtiyac var. Bu, ödənişlərin valyutasına da aiddir.
"Mən tam əminəm ki, yaxın gələcəkdə, qısa müddətdə Azərbaycan və Rusiya milli valyutalarda qarşılıqlı hesablaşmalara keçməlidir", - Sputnik Azərbaycan-ın həmsöhbəti deyir.
Ümumiyyətlə, Bakı və Moskva ölkələr arasında ödənişlərin daha təkmilləşmiş üsulları üzrə əməkdaşlıq formatına keçməlidir.
Məmmədov onu da bildirib ki, Qərb sistemlərindən asılı olmayan sistemlərdən istifadə etməklə hesablaşmalara keçid iki ölkənin milli iqtisadiyyatı üçün son dərəcə məqsədəuyğundur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.