https://sputnik.az/20220407/sos-azerbaycanda-usaqlar-arasinda-qorxunc-virus-yayilib-440884508.html
SOS: Azərbaycanda uşaqlar arasında qorxunc virus yayılıb
SOS: Azərbaycanda uşaqlar arasında qorxunc virus yayılıb
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib ki, həmin virus uşaqlardan valideynlərə də keçir. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T11:20+0400
2022-04-07T11:20+0400
2022-04-07T11:49+0400
virus
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_0:321:3071:2048_1920x0_80_0_0_6f6e6c176baf5009e0cdca8bbebb6464.jpg
BAKI, 6 aprel — Sputnik. Son bir aydır məktəblilər arasında hərarət, qusma və ishalla müşahidə edilən xəstəlik yayılıb.Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.Onun sözlərinə görə, bu uşaqlar arasında yayılan rotavirusla əlaqəlidir. Bu, azyaşlı uşaqlarda da çox görülür. 5-10 yaş aralığında olan uşaqlarda yoluxma halları daha çox görülür. "Bu, artıq epidemiya halını alıb. Virus nəcisdən götürülən analizlə müəyyən edilir. Uşaqlar bu virusa yoluxanda kəskin su itkisi baş verir. Təəssüf ki, rotavirusun simptomları bir həftədən bir aya qədər davam edir. Virus uşaqlardan valideynlərə də keçir".Körpələrin koronavirusa yoluxması məsələsinə gəldikdə isə pediatr bildirib ki, iki aylıq uşaq da koronavirusa yoluxa bilər: "Hətta körpə doğulan kimi də bu virusa yaxalana bilər. Əgər ana hamiləlik dövründə koronavirusa yoluxubsa, uşaq virusla doğula bilir. Bunun qarşısı dərhal alınmalıdır".O, APA-ya bildirib ki, uşaqlarda telefon, planşet asılılığı aktual problemdir. Ə.Quliyev bildirib ki, bu problemlərə səbəb valideynlərdir:"Bir yaşına qədər uşağın valideynə ehtiyacı olur. Uşaqlar artıq özləri nəyisə açıb-bağlaya bildikdə, sual verməyə başlayırlar. Valideyn və ətrafdakılar da uşağı susdurmaq üçün telefon verirlər və uşaq susur. Bu cür hallarda uşaqlarda sosiallaşmada, yuxu rejimində problem yaranır. Valideynlərdən xahiş və tələb edirik ki, uşaqlarla təması çoxaltsınlar və sualları telefonla susdurmasınlar".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_340:0:3071:2048_1920x0_80_0_0_ee5e7b82fb828d8a4fe711305c9ae117.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
virus
SOS: Azərbaycanda uşaqlar arasında qorxunc virus yayılıb
11:20 07.04.2022 (Yenilənib: 11:49 07.04.2022) Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib ki, həmin virus uşaqlardan valideynlərə də keçir.
BAKI, 6 aprel — Sputnik. Son bir aydır məktəblilər arasında hərarət, qusma və ishalla müşahidə edilən xəstəlik yayılıb.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.
Onun sözlərinə görə, bu uşaqlar arasında yayılan rotavirusla əlaqəlidir. Bu, azyaşlı uşaqlarda da çox görülür. 5-10 yaş aralığında olan uşaqlarda yoluxma halları daha çox görülür.
"Bu, artıq epidemiya halını alıb. Virus nəcisdən götürülən analizlə müəyyən edilir. Uşaqlar bu virusa yoluxanda kəskin su itkisi baş verir. Təəssüf ki, rotavirusun simptomları bir həftədən bir aya qədər davam edir. Virus uşaqlardan valideynlərə də keçir".
Körpələrin koronavirusa yoluxması məsələsinə gəldikdə isə pediatr bildirib ki, iki aylıq uşaq da koronavirusa yoluxa bilər: "Hətta körpə doğulan kimi də bu virusa yaxalana bilər. Əgər ana hamiləlik dövründə koronavirusa yoluxubsa, uşaq virusla doğula bilir. Bunun qarşısı dərhal alınmalıdır".
O, APA-ya bildirib ki, uşaqlarda telefon, planşet asılılığı aktual problemdir. Ə.Quliyev bildirib ki, bu problemlərə səbəb valideynlərdir:
"Bir yaşına qədər uşağın valideynə ehtiyacı olur. Uşaqlar artıq özləri nəyisə açıb-bağlaya bildikdə, sual verməyə başlayırlar. Valideyn və ətrafdakılar da uşağı susdurmaq üçün telefon verirlər və uşaq susur. Bu cür hallarda uşaqlarda sosiallaşmada, yuxu rejimində problem yaranır. Valideynlərdən xahiş və tələb edirik ki, uşaqlarla təması çoxaltsınlar və sualları telefonla susdurmasınlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.