Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Ramazan ayının əsas qaydaları

Abunə olmaq
Hazırda davam edən müqəddəs ayda pozulmaması vacib olan əməllərlə Sputnik Azərbaycan-ın materialında tanış ola bilərsiniz.
Bir neçə gündür ki, müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı başlayıb.
Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
Ramazan orucunu pozan bir sıra əməllər mövcuddur. Ay boyunca orucu qaydasında tuta bilmək üçün o əməlləri etməmək vacibdir. Həmin əməlləri bira daha xatırladırıq.
Orucu pozan 10 əməl:
- Yemək, içmək və siqaret çəkmək
- İntim yaxınlıq
- İstimna
- Qəsdən qusmaq
- Allaha şərik qoşmaq
- Başı bütövlükdə suya salmaq
- Qatı tozun və tüstünün boğaza getməsi
- İmalə etmək
- Sübh azanına qədər cənabət, heyz və nifas qüsulunu almamaq
Orucu pozmayan, ancaq məkruh olan 10 əməl:
- Göz, burun və qulaq damcılarından istifadə etmək (mədəyə daxil olmaması şərti ilə)
- Qan vermək kimi zəifliyə səbəb olan hər hansı bir fəaliyyət
- Ətirli bitkiləri qoxlamaq
- Dodaq boyasından istifadə etmək (dadı boğaza çatmamaq və dodaqları yalamamaq şərti ilə)
- Dişlərin təmizlənməsi və plomblanması, dişlərin anesteziya inyeksiyaları
- Diş məcunundan istifadə etmək (mədəyə daxil olmaması şərti ilə)
- Astma və oksigen inqalyatorları
- Ağızda toplanan ağız seliyini udmaq
- Ətirlərdən istifadə etmək
- Əzələdaxili, venadaxili və dərialtı inyeksiyalar (qidalandırıcı maddələr olmamaq şərti ilə)
Xəbər lenti
0