SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: Rusiya və Avropa İttifaqı kömək etməyə hazırdır

© AFP 2023Ermənistanın Baş naziri Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında mahiyyət etibarı ilə de-yure sərhəd sovet dövrünün mövcud sərhəd xəttidir.
BAKI, 7 aprel — Sputnik. Rusiya və Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasına yardım etməyə hazır olduqlarını bildiriblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Rusiya sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə yardım etməyə hazır olduğunu bildirib, Aİ də kömək etməyə hazırdır və biz bu istiqamətdə irəliləməliyik", - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
Onun sözlərinə görə Yerevanın mövqeyi ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında mahiyyət etibarı ilə de-yure sərhəd sovet dövrünün mövcud sərhəd xəttidir: "Sərhədin delimitasiyası ilə bağlı işlərə bu bəyanatla başlanılmalı, eyni vaxtda təhlükəsizliyi və sabitliyi təmin etməklə məsələnin həllinə çalışmalıdırlar".
O qeyd edib ki, yaradılan komissiya ikili mandata malik olacaq - delimitasiyanın, həmçinin sərhəd perimetri boyunca təhlükəsizliyin və sabitliyin təmin edilməsi.
Paşinyan əlavə edib ki, bu mövzuda müzakirələr, Rusiyanın vasitəçiliyi ilə artıq bir ildir ki, davam edir və indi belə bir kompromis qərar qəbul edilib.
"Ermənistan Respublikasının Azərbaycanın nəzarətində olan əraziləri var, Azərbaycanın Ermənistanın nəzarətində olan əraziləri var və bu məsələlər danışıqlardan sonra, de-yure əsaslandırılmış bəyanatlar və hüquqi əhəmiyyətə malik faktlar əsasında həll edilməlidir. Azərbaycanın təkliflərinə cavab olaraq vurğuladıq ki, onlarda qəbuledilməz heç nə yoxdur, lakin onlar sülh müqaviləsinin bütün gündəmini əks etdirmir. Əlbəttə, biz ATƏT-in Minsk qrupunun bu prosesə cəlb olunmasını vacib hesab edirik ", - deyə Ermənistan hökumətinin başçısı bildirib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb. Üçtərəfli görüşdən sonra elan olunan bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər.
Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0