NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft yenidən bahalaşır - Nə baş verir?

© SPENCER PLATT / Getty Images via AFPBirja, arxiv şəkli
Birja, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Beynəlxalq Enerji Agentliyinə üzv olan ölkələrin neft ehtiyatlarından istifadəyə razılıq verməsi neft qiymətlərini aşağı salmışdı.
BAKI, 7 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri yenidən artıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Beynəlxalq Enerji Agentliyinə üzv olan ölkələrin fövqəladə neft ehtiyatlarından müəyyən miqdarda istifadə etməyə razılıq verməsindən sonra neft qiymətlərində enmə müşahidə edilirdi. Lakin hazırda qiymətlərin ucuzlaşması dayanıb. Belə ki, ABŞ xam nefti yenidən 97 dolların üzərinə çıxıb, "Brent" markalı neft də 102 dolları keçib. Səbəb Ukraynada baş verənlər və Rusiyaya qarşı sanksiyalardır. Başqa sözlə, bazarda təklifin azalması ilə bağlı narahatlıqlar fonunda qiymətlər bahalaşıb.
Azərbaycan nefti isə ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3 ABŞ dolları və ya 2,7% azalaraq 108,62 dollar təşkil edib.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin üzvü olan ölkələr bu enerji resursunun qiymətlərini aşağı salmaq üçün öz ehtiyatlarından bazara 120 milyon barel neft göndərəcək.
Çindəki pandemiya neft bazarlarında da yaxından izlənilir. Ölkənin maliyyə mərkəzi olan Şanxayda pandemiya hər keçən gün daha da artır. Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı hazırkı omikron dalğasında 20 mini ötüb.
Böyük Britaniyanın yeni sanksiya qərarları da neft bazarları tərəfindən yaxından izlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0