https://sputnik.az/20220407/mektebli-qizlar-narkotik-aludecisine-cevrilir---deputat-heyecan-tebili-caldi-440890679.html
Məktəbli qızlar narkotik aludəçisinə çevrilir - Deputat həyəcan təbili çaldı
Məktəbli qızlar narkotik aludəçisinə çevrilir - Deputat həyəcan təbili çaldı
Sputnik Azərbaycan
Millət vəkili "ağ ölüm"ün ümumtəhsil ocaqlarına ayaq açması barədə həyəcanlı açıqlama verib. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T13:14+0400
2022-04-07T13:14+0400
2022-04-07T13:14+0400
narkotik
cəmiyyət
fazil mustafa
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_0:0:3069:1727_1920x0_80_0_0_f2e5a354dcd9cf3bc45890a7208d7591.jpg
BAKI, 7 aprel — Sputnik. Məktəbli qızlar arasında narkotik aludəçilərinin sayı artıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında qonaq olan deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, avara uşaqlarla maraqlanmaq lazımdır. 8-9-cu sinifdə oxuyan qızlar narkotik vasitələrin aludəçisinə çevriliblər.F.Mustafanın sözlərinə görə, bəzən məktəblərin tualetlərində narkotik vasitələr tapıldığı deyiləndə inkar edirlər:""Deyirlər ki, əvvəllər var idi, indi yoxdur. Bunu ört-basdır etməklə məşğuluq. Birinin oğludur, birinin bacısıdır, birinin qızıdır, bu bəla hamısına təsir edən məsələdir. Bilmək olmaz kimin qapısını döyəcək. Bununla hamılıqla mübarizə aparmaq lazımdır".O, həm də onu da qeyd edib ki, narkotik maddə istifadə edərək ictimai nəqliyyatda sükan arxasına keçənlər ətrafa dəhşət saçırlar. Taksi sürücülərinin çoxu işə onlayn götürülür. Onlar da yoxlanılmalıdır: "Təsəvvür edin ki, narkotikdən asılılığı azaltmaq üçün müəyyən əvəzləyici vasitələr tapırlar. Necə siqareti tərgitmək üçün elektron siqaret istifadə edirlər, hərçənd ki, nəticə vermir. Yəni, bu şəkildə narkotik vasitə istifadə edə-edə sükan arxasında əyləşirlər. Qəza olan zaman isə bunu araşdırmaq da problem yaradır. Tam məsuliyyəti ilə deyirəm ki, bunun qarşısını almasaq, gələcəkdə dəhşətli faciələr baş verəcək".O, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətində müəyyən məqamları nəzərə almağın vacibliyini qeyd edib. Deyib ki, komissiya hər gün televiziyalarda olmalı və çağırış etməlidir.Qeyd edək ki, hazırda rəsmi olaraq 33 min 778 nəfər narkoman qeydiyyatdadır. Onların da 618 nəfərini qadınlar təşkil edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_166:0:2897:2048_1920x0_80_0_0_fe97e0db8528eeab239f555e6b3f2312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
narkotik, fazil mustafa
Məktəbli qızlar narkotik aludəçisinə çevrilir - Deputat həyəcan təbili çaldı
Millət vəkili "ağ ölüm"ün ümumtəhsil ocaqlarına ayaq açması barədə həyəcanlı açıqlama verib.
BAKI, 7 aprel — Sputnik. Məktəbli qızlar arasında narkotik aludəçilərinin sayı artıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında qonaq olan deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, avara uşaqlarla maraqlanmaq lazımdır. 8-9-cu sinifdə oxuyan qızlar narkotik vasitələrin aludəçisinə çevriliblər.
F.Mustafanın sözlərinə görə, bəzən məktəblərin tualetlərində narkotik vasitələr tapıldığı deyiləndə inkar edirlər:""Deyirlər ki, əvvəllər var idi, indi yoxdur. Bunu ört-basdır etməklə məşğuluq. Birinin oğludur, birinin bacısıdır, birinin qızıdır, bu bəla hamısına təsir edən məsələdir. Bilmək olmaz kimin qapısını döyəcək. Bununla hamılıqla mübarizə aparmaq lazımdır".
O, həm də onu da qeyd edib ki, narkotik maddə istifadə edərək ictimai nəqliyyatda sükan arxasına keçənlər ətrafa dəhşət saçırlar. Taksi sürücülərinin çoxu işə onlayn götürülür. Onlar da yoxlanılmalıdır:
"Təsəvvür edin ki, narkotikdən asılılığı azaltmaq üçün müəyyən əvəzləyici vasitələr tapırlar. Necə siqareti tərgitmək üçün elektron siqaret istifadə edirlər, hərçənd ki, nəticə vermir. Yəni, bu şəkildə narkotik vasitə istifadə edə-edə sükan arxasında əyləşirlər. Qəza olan zaman isə bunu araşdırmaq da problem yaradır. Tam məsuliyyəti ilə deyirəm ki, bunun qarşısını almasaq, gələcəkdə dəhşətli faciələr baş verəcək".
O, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətində müəyyən məqamları nəzərə almağın vacibliyini qeyd edib. Deyib ki, komissiya hər gün televiziyalarda olmalı və çağırış etməlidir.
Qeyd edək ki, hazırda rəsmi olaraq 33 min 778 nəfər narkoman qeydiyyatdadır. Onların da 618 nəfərini qadınlar təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.