https://sputnik.az/20220407/gomrukculer-qanunsuz-yolla-getirilen-dermanlari-unvanina-catmaga-qoymadilar--440893695.html
Gömrükçülər qanunsuz yolla gətirilən dərmanları ünvanına çatmağa qoymadılar
Gömrükçülər qanunsuz yolla gətirilən dərmanları ünvanına çatmağa qoymadılar
Sputnik Azərbaycan
Qanunsuz yolla gətirilən krem, gel, iynə başlıqları, həblərin realizə edilməsinin qarşısı alınıb. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T16:40+0400
2022-04-07T16:40+0400
2022-04-07T16:46+0400
dərman
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352830_0:160:3072:1888_1920x0_80_0_0_efdd42651ca7e20dec72097cc055a9df.jpg
BAKI, 7 aprel — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DGK məlumat yayıb.Keçirilən əməliyyat tədbiri nəticəsində Bakı-Qazax istiqamətində hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobil Yevlax şəhəri ərazisində saxlanılaraq Yevlax gömrük postuna gətirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə iki ədəd karton qutuda olan müxtəlif markalı dərman vasitələri - 43526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye, 588 ampul, 148 ədəd məlhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd iynə başlığı aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, bir müddət öncə də gömrükçülər dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə daxil olmasının qarşısını alıblar. Nəticədə 164 560 ədəd petarda və 2 qutuda 42 000 ədəd “Prednizalon 5 mg” adlı həb, 66 flakon “Fosit 4 g” adlı dərman vasitələri aşkarlanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352830_172:0:2903:2048_1920x0_80_0_0_2df27171540d7fa95c0b5e95a2076cc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman
Gömrükçülər qanunsuz yolla gətirilən dərmanları ünvanına çatmağa qoymadılar
16:40 07.04.2022 (Yenilənib: 16:46 07.04.2022) Qanunsuz yolla gətirilən krem, gel, iynə başlıqları, həblərin realizə edilməsinin qarşısı alınıb.
BAKI, 7 aprel — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Keçirilən əməliyyat tədbiri nəticəsində Bakı-Qazax istiqamətində hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobil Yevlax şəhəri ərazisində saxlanılaraq Yevlax gömrük postuna gətirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə iki ədəd karton qutuda olan müxtəlif markalı dərman vasitələri - 43526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye, 588 ampul, 148 ədəd məlhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd iynə başlığı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət öncə də gömrükçülər dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə daxil olmasının qarşısını alıblar. Nəticədə 164 560 ədəd petarda və 2 qutuda 42 000 ədəd “Prednizalon 5 mg” adlı həb, 66 flakon “Fosit 4 g” adlı dərman vasitələri aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.