https://sputnik.az/20220407/efes-2022-teliminde-istirak-edecek-heyetin-hazirligi-yoxlanilib---video-440897553.html
"Efes-2022" təlimində iştirak edəcək heyətin hazırlığı yoxlanılıb - video
"Efes-2022" təlimində iştirak edəcək heyətin hazırlığı yoxlanılıb - video
Sputnik Azərbaycan
Hərbi Dəniz Qüvvələrinin komandanı "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək azərbaycanlı hərbi qulluqçuların hazırlıq səviyyəsini yoxlayıb. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T17:10+0400
2022-04-07T17:10+0400
2022-04-07T17:10+0400
təlim
hərbi
müdafiə nazirliyi
müdafiə naziri zakir həsənov
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440895871_0:76:1000:639_1920x0_80_0_0_ca8f1e05046a1fa80e73378bc4b7fcb2.jpg
BAKI, 7 aprel — Sputnik. Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçuların təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb. Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır."Efes-2022" çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçularımız dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.Bundan başqa, cari il ərzində hərbi qulluqçularımızın digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440895871_23:0:977:715_1920x0_80_0_0_727a9db704c43ccc4646768fb0fd3eec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təlim, müdafiə nazirliyi, müdafiə naziri zakir həsənov
təlim, müdafiə nazirliyi, müdafiə naziri zakir həsənov
"Efes-2022" təlimində iştirak edəcək heyətin hazırlığı yoxlanılıb - video
Hərbi Dəniz Qüvvələrinin komandanı "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək azərbaycanlı hərbi qulluqçuların hazırlıq səviyyəsini yoxlayıb.
BAKI, 7 aprel — Sputnik. Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçuların təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.
Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.
Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır.
"Efes-2022" çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçularımız dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.
Bundan başqa, cari il ərzində hərbi qulluqçularımızın digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.