https://sputnik.az/20220407/cin-azerbaycanla-ermenistan-arasinda-danisiqlara-reaksiya-verdi-440895704.html
Çin Azərbaycanla Ermənistan arasında danışıqlara reaksiya verdi
Çin Azərbaycanla Ermənistan arasında danışıqlara reaksiya verdi
Sputnik Azərbaycan
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litsian qeyd edib ki, ölkəsi hər iki tərəfin mövcud münaqişələri və fikir ayrılıqlarını dialoq və... 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T16:35+0400
2022-04-07T16:35+0400
2022-04-07T16:35+0400
çin
siyasət
avropa ittifaqı
şarl mişel
prezident ilham əliyev
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_0:160:3073:1888_1920x0_80_0_0_b9f528e71c0870b51808680184e8fc19.jpg
BAKI, 7 aprel — Sputnik. Çin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını alqışlayır və ümid edir ki, hər iki tərəf regional sülh və sabitliyin qorunması istiqamətində birgə çalışacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litsian aprelin 7-də keçirdiyi brifinqdə bildirib."Çin hər iki tərəfin mövcud münaqişələri və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etmək qərarını alqışlayır və səmimi şəkildə ümid edir ki, hər iki tərəf atəşkəs razılaşmalarını yerinə yetirəcək və regionda sülh və sabitliyini birgə qoruyacaqlar", - deyə XİN-in nümayəndəsi bildirib.O, həmçinin vurğulayıb ki, sözügedən hər iki ölkə Çinin dostu və tərəfdaşıdır.Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb. Üçtərəfli görüşdən sonra elan olunan bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər.Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_170:0:2901:2048_1920x0_80_0_0_09a34931060ec1b6213f4fd9e0bfc644.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, avropa ittifaqı, şarl mişel, prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
çin, avropa ittifaqı, şarl mişel, prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
Çin Azərbaycanla Ermənistan arasında danışıqlara reaksiya verdi
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litsian qeyd edib ki, ölkəsi hər iki tərəfin mövcud münaqişələri və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etmək qərarını alqışlayır.
BAKI, 7 aprel — Sputnik. Çin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını alqışlayır və ümid edir ki, hər iki tərəf regional sülh və sabitliyin qorunması istiqamətində birgə çalışacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litsian aprelin 7-də keçirdiyi brifinqdə bildirib.
"Çin hər iki tərəfin mövcud münaqişələri və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etmək qərarını alqışlayır və səmimi şəkildə ümid edir ki, hər iki tərəf atəşkəs razılaşmalarını yerinə yetirəcək və regionda sülh və sabitliyini birgə qoruyacaqlar", - deyə XİN-in nümayəndəsi bildirib.
O, həmçinin vurğulayıb ki, sözügedən hər iki ölkə Çinin dostu və tərəfdaşıdır.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb. Üçtərəfli görüşdən sonra elan olunan bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər.
Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.