CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi şəxslərin dövlət qulluğuna xitam veriləcək

© Drew Angerer/Getty Images/AFPMəmur, arxiv şəkli
Məmur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Dövlət qulluğu stajı 10 ildən çox olmayan və daha yüksək vəzifəyə iddia edən şəxslər sertifikat əldə etmək üçün imtahan verməlidirlər.
BAKI, 7 aprel — Sputnik. Mayın 8-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçiriləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov DİM-in rəsmi "Facebook" səhifəsində canlı yayım zamanı belə deyib.
Onun sözlərinə görə, sertifikat verildikdən 5 il tamamlananadək həmin şəxslər dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün vəzifənin aid olduğu alt qrup üzrə imtahanda iştirak etməli və yenidən sertifikat əldə etməlidirlər:
"Dövlət qulluğu stajı 10 ili ötməyən şəxslər isə daha yüksək vəzifəyə iddia edirlərsə, bu zaman onlar sertifikat əldə etmək üçün imtahan verməlidilər”.
Əks halda, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikatı ala bilməyən şəxslərin dövlət qulluğuna xitam verilə bilər.
Qeyd edək ki, aprelin 4-də 12 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üzrə ümumi müsahibə elanı verilib.
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 16-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0