https://sputnik.az/20220407/azerbaycan-hele-hedefe-catmayib---pandemiya-davam-edir-440892688.html
Azərbaycan hələ hədəfə çatmayıb - pandemiya davam edir
Azərbaycan hələ hədəfə çatmayıb - pandemiya davam edir
Sputnik Azərbaycan
ÜST rəsmisi bildirir ki, Azərbaycanda peyvəndlənmə ilə bağlı hədəf 70% və ondan daha yuxarıdır. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T14:59+0400
2022-04-07T14:59+0400
2022-04-07T14:59+0400
peyvənd
səhiyyə
covid-19
koronavirus
pandemiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434002549_0:160:3073:1888_1920x0_80_0_0_f89706bcbd4c26e959a30facc38d478a.jpg
BAKI, 7 aprel — Sputnik. Şərqi Avropa ölkələrində yoluxmaların artmasında omikron ştammının yayılmasının rolu ehtimal edilir.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə Ofisinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, həmin ştammın B1 və B2 versiyaları yaranıb: "B2 versiyası daha sürətli yoluxma qabiliyyətinə malikdir. Bu səbəbdən karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq qapalı məkanlarda maska taxılması önəmlidir".Vurğulanıb ki, Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%-dən çoxdur: "Hədəfimiz 70% və bundan daha çoxdur. Ümid edirəm ki, bu günə qədər peyvənd olunmayan şəxslər vaksin vurduracaqlar".Həmçinin son günlər ölkədə yoluxma və ölüm saylarında ciddi azalmanın olduğu vurğulanıb.İlk yoluxmaKoronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Azərbaycanda yoluxmaAzərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də isə ölkəmizdə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Daha sonra ölkədə iki yoluxma halı təsdiqləndi.QadağalarNazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxil edildi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434002549_170:0:2901:2048_1920x0_80_0_0_e7b19dce62b71bfee08779023657fa05.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peyvənd, covid-19, koronavirus, pandemiya
peyvənd, covid-19, koronavirus, pandemiya
Azərbaycan hələ hədəfə çatmayıb - pandemiya davam edir
ÜST rəsmisi bildirir ki, Azərbaycanda peyvəndlənmə ilə bağlı hədəf 70% və ondan daha yuxarıdır.
BAKI, 7 aprel — Sputnik. Şərqi Avropa ölkələrində yoluxmaların artmasında omikron ştammının yayılmasının rolu ehtimal edilir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə Ofisinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin ştammın B1 və B2 versiyaları yaranıb: "B2 versiyası daha sürətli yoluxma qabiliyyətinə malikdir. Bu səbəbdən karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq qapalı məkanlarda maska taxılması önəmlidir".
Vurğulanıb ki, Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%-dən çoxdur: "Hədəfimiz 70% və bundan daha çoxdur. Ümid edirəm ki, bu günə qədər peyvənd olunmayan şəxslər vaksin vurduracaqlar".
Həmçinin son günlər ölkədə yoluxma və ölüm saylarında ciddi azalmanın olduğu vurğulanıb.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də isə ölkəmizdə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Daha sonra ölkədə iki yoluxma halı təsdiqləndi.
Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxil edildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.