Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ukraynanın Buçadakı təxribatının təşkilatçıları özlərini necə ifşa ediblər

Abbas, [06.04.2022 14:41]
Abunə olmaq
Dirilən ölülər və zaman daxilində səyahət yalnız pis filmlərdə olur. Qərb xüsusi xidmət orqanları isə bunu reallıq kimi dünyaya ötürməkdən çəkinmədilər.
Buçada nə baş verirdi və bunun arxasında kim dayanırdı? Sputnik rus dilində bu videoda ən fəlakətli Ukrayna dramatizasiyasının bütün səhvlərini bir yerə toplayıb.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kiyev rejimi tərəfindən yayımlanan və guya Kiyev vilayətinin Buça şəhərində Rusiya hərbi qulluqçularının hansısa "cinayətlər"inə sübut olan bütün fotoşəkillər və video materiallar "növbəti təxribatdır".
Nazirlik bəyan edib ki, bu qəsəbə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu müddətdə bir nəfər də olsun yerli sakin hər hansı zorakılıqdan əziyyət çəkməyib. O da qeyd edilib ki, bütün rus bölmələri martın 30-da Buçanı tamamilə tərk edib və şimal istiqamətində şəhərdən çıxışlar bağlanmayıb. Qəsəbənin cənub kənarları, o cümlədən yaşayış məntəqələri Ukrayna hərbçiləri tərəfindən gecə-gündüz iri çaplı artilleriyadan - tanklar və çoxlu raket sistemlərindən atəşə tutulub.
Xəbər lenti
0