https://sputnik.az/20220406/taninmis-bank-manatin-mezennesine-dair-proqnoz-verib-440851891.html
Tanınmış bank manatın məzənnəsinə dair proqnoz verib
Tanınmış bank manatın məzənnəsinə dair proqnoz verib
Sputnik Azərbaycan
Proqnozdan belə məlum olur ki, Azərbaycan Mərkəzi Bankı pul bazarına müdaxilələrini davam etdirəcək 06.04.2022, Sputnik Azərbaycan
2022-04-06T13:45+0400
2022-04-06T13:45+0400
2022-04-06T13:45+0400
manat
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_0:0:2000:1125_1920x0_80_0_0_920fb3f69600286bfc571653b58e7f6e.jpg
BAKI, 6 aprel — Sputnik. Asiya İnkişaf Bankı (AİB) enerji daşıyıcıları, o cümlədən neft qiymətlərinin yüksək olması səbəbindən Azərbaycan manatının məzənnəsinin sabit qalacağını proqnozlaşdırır.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bankın "Asian Development Outlook 2022″ adlı yeni hesabatında bildirilib.Hesabata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişməyəcəyi və yaxud inflyasiya təzyiqlərinin möhkəmlənməsinə cavab olaraq qaldırılacağı gözlənilir. Hərçənd ki, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə, monetar siyasət yumşaldıla bilər.Hesabata əsasən, AMB depozit hərracları və notların buraxılışları vasitəsilə yerli valyutada izafi likvidliyin sterilləşdirilməsi, tədavüldə olan valyutanın məbləğinin nəzarət altında saxlanması yolu ilə pul bazarına müdaxilələrini davam etdirəcək. Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.2022-ci ilin martın 31-nə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 7 milyard 136,5 mln. ABŞ dolları təşkil edib. Bu göstərici ötən ay ilə müqayisədə 0,3% azalsa da, illik müqayisədə isə 12,3% artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_227:0:2000:1330_1920x0_80_0_0_884aca34c5a3f67879716c90bfffa324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat
Tanınmış bank manatın məzənnəsinə dair proqnoz verib
Proqnozdan belə məlum olur ki, Azərbaycan Mərkəzi Bankı pul bazarına müdaxilələrini davam etdirəcək
BAKI, 6 aprel — Sputnik. Asiya İnkişaf Bankı (AİB) enerji daşıyıcıları, o cümlədən neft qiymətlərinin yüksək olması səbəbindən Azərbaycan manatının məzənnəsinin sabit qalacağını proqnozlaşdırır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bankın "Asian Development Outlook 2022″ adlı yeni hesabatında bildirilib.
Hesabata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişməyəcəyi və yaxud inflyasiya təzyiqlərinin möhkəmlənməsinə cavab olaraq qaldırılacağı gözlənilir. Hərçənd ki, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə, monetar siyasət yumşaldıla bilər.
Hesabata əsasən, AMB depozit hərracları və notların buraxılışları vasitəsilə yerli valyutada izafi likvidliyin sterilləşdirilməsi, tədavüldə olan valyutanın məbləğinin nəzarət altında saxlanması yolu ilə pul bazarına müdaxilələrini davam etdirəcək.
Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.
2022-ci ilin martın 31-nə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 7 milyard 136,5 mln. ABŞ dolları təşkil edib. Bu göstərici ötən ay ilə müqayisədə 0,3% azalsa da, illik müqayisədə isə 12,3% artıb.