CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son otuz ildə ilk dəfə Şuşada uçuş həyata keçirilib - Video

© pixabay / GuentherDillingenParaplanda uçuş, arxiv şəkli
Paraplanda uçuş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Abunə olmaq
Uçuş gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan Daşaltı kəndi istiqamətində baş tutub.
BAKI, 6 aprel — Sputnik. Son 30 ildə ilk dəfə Şuşada yamac paraşütündən uçuş həyata keçirilib.
Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən verilən məlumata görə, bu gün "2022-ci il Şuşa İli" çərçivəsində Şuşa şəhərində son 30 ildə ilk dəfə yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib. Uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən (Telegüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib. Professional yamac paraşütü pilotu olan Fərid Məmmədov tərəfindən reallaşdırılan uçuş zamanı Şuşa səmasını qələbə rəmzimiz olan Azərbaycan bayrağı bəzəyib.
Xatırladaq ki, dünya paraplan xəritəsində yamac paraşütü üçün Qarabağda yeganə uçuş məkanı Şuşa şəhəri göstərilib. Uçuş gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan Daşaltı kəndi istiqamətində baş tutub.
Xəbər lenti
0