https://sputnik.az/20220406/soltsdan-ustuortulu-aciqlama-biz-terefdaslarla-danisiriq-440862169.html
Şoltsdan üstüörtülü açıqlama: Biz tərəfdaşlarla danışırıq
Şoltsdan üstüörtülü açıqlama: Biz tərəfdaşlarla danışırıq
Sputnik Azərbaycan
Almaniya Kansleri bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı məsələ qaldırılıb, lakin hələ ətraflı öyrənilməyib. 06.04.2022, Sputnik Azərbaycan
2022-04-06T17:46+0400
2022-04-06T17:46+0400
2022-04-06T18:13+0400
moskva
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
almaniya
kansler
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/08/437068413_0:160:3072:1888_1920x0_80_0_0_5886eca36e797bc96ae4b54a6b0ffbbb.jpg
BAKI, 6 aprel — Sputnik. Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi müzakirə olunur, lakin konkret müddəalar barədə ictimaiyyətə danışmaq hələ tezdir. Sputnik Azərbaycan TASS-a istinadla xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Bundestaq deputatlarının suallarını cavablandırarkən deyib."Təhlükəsizlik zəmanətləri ilə bağlı məsələ qaldırılıb, lakin hələ ətraflı öyrənilməyib. Təbii ki, biz bu barədə lazımi etimad şərtləri əsasında Ukrayna və adı çəkilən digər tərəfdaşlarla danışırıq", - deyə Kansler bildirib.Şolts əlavə edib ki, bu prosesin konfidensiallığına görə o, suala daha ətraflı cavab verə bilmir.Martın sonunda İstanbulda Moskva və Kiyev nümayəndə heyətləri arasında təkbətək danışıqlar olub. Görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya tərəflər arasında razılaşma ilə bağlı Ukraynadan yazılı təkliflər alıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220406/bolqarlar-ukraynaya-herbi-yardima-etiraz-edir-440862366.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/08/437068413_171:0:2902:2048_1920x0_80_0_0_16e9ea4b9c9493362733bc703036088b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, almaniya, kansler
moskva, almaniya, kansler
Şoltsdan üstüörtülü açıqlama: Biz tərəfdaşlarla danışırıq
17:46 06.04.2022 (Yenilənib: 18:13 06.04.2022) Almaniya Kansleri bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı məsələ qaldırılıb, lakin hələ ətraflı öyrənilməyib.
BAKI, 6 aprel — Sputnik. Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi müzakirə olunur, lakin konkret müddəalar barədə ictimaiyyətə danışmaq hələ tezdir. Sputnik Azərbaycan TASS-a istinadla xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Bundestaq deputatlarının suallarını cavablandırarkən deyib.
"Təhlükəsizlik zəmanətləri ilə bağlı məsələ qaldırılıb, lakin hələ ətraflı öyrənilməyib. Təbii ki, biz bu barədə lazımi etimad şərtləri əsasında Ukrayna və adı çəkilən digər tərəfdaşlarla danışırıq", - deyə Kansler bildirib.
Şolts əlavə edib ki, bu prosesin konfidensiallığına görə o, suala daha ətraflı cavab verə bilmir.
Martın sonunda İstanbulda Moskva və Kiyev nümayəndə heyətləri arasında təkbətək danışıqlar olub. Görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya tərəflər arasında razılaşma ilə bağlı Ukraynadan yazılı təkliflər alıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.