https://sputnik.az/20220406/bolqarlar-ukraynaya-herbi-yardima-etiraz-edir-440862366.html
Bolqarlar Ukraynaya hərbi yardıma etiraz edir
Bolqarlar Ukraynaya hərbi yardıma etiraz edir
Sputnik Azərbaycan
Sofiyada parlamentin qarşısında keçirilən aksiyada hökuməti istefaya çağırıblar. 06.04.2022, Sputnik Azərbaycan
2022-04-06T17:44+0400
2022-04-06T17:44+0400
2022-04-06T17:54+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
rusiya müdafiə nazirliyi
bolqarıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440862335_0:158:3077:1889_1920x0_80_0_0_9cea910eb745acc9a131655da338e559.jpg
BAKI, 6 aprel — Sputnik. Bolqarıstanın paytaxtı Sofiyada Xalq Məclisinin (parlament) qarşısında Ukraynaya hərbi yardıma qarşı kütləvi aksiya keçirilir. Sputnik Azırbaycan "RİA Novosti"yə istinadla bildirir ki, bu barədə Bolqarıstanın Milli Radiosu (BMR) məlumat yayıb.Etiraz aksiyasını Dirçəliş Partiyası təşkil edib. Onun lideri Kostadin Kostadinov hökuməti istefaya çağırır və qəti şəkildə bəyan edir ki, Dirçəliş partiyası Bolqarıstanın Kiyevə hərbi yardım göstərməklə Rusiya-Ukrayna münaqişəsinə qarışmasına imkan verməyəcək.Etirazçılar həmçinin "Demokratik Bolqarıstan" parlament fraksiyasının Rusiya səfirini persona non-qrata elan edilməsi tələbini pisləyiblər.BMR-nin məlumatına görə, mitinqdə bir neçə yüz adam iştirak edir. Parlament binasının qarşısında təhlükəsizlik səddi qurulub və aksiya polisin müşahidəsi altında baş tutur.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440862335_174:0:2903:2047_1920x0_80_0_0_21bc670cd039cc1674062250acc58c13.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna, rusiya müdafiə nazirliyi, bolqarıstan
rusiya, ukrayna, rusiya müdafiə nazirliyi, bolqarıstan
Bolqarlar Ukraynaya hərbi yardıma etiraz edir
17:44 06.04.2022 (Yenilənib: 17:54 06.04.2022) Sofiyada parlamentin qarşısında keçirilən aksiyada hökuməti istefaya çağırıblar.
BAKI, 6 aprel — Sputnik. Bolqarıstanın paytaxtı Sofiyada Xalq Məclisinin (parlament) qarşısında Ukraynaya hərbi yardıma qarşı kütləvi aksiya keçirilir. Sputnik Azırbaycan "RİA Novosti"yə istinadla bildirir ki, bu barədə Bolqarıstanın Milli Radiosu (BMR) məlumat yayıb.
Etiraz aksiyasını Dirçəliş Partiyası təşkil edib. Onun lideri Kostadin Kostadinov hökuməti istefaya çağırır və qəti şəkildə bəyan edir ki, Dirçəliş partiyası Bolqarıstanın Kiyevə hərbi yardım göstərməklə Rusiya-Ukrayna münaqişəsinə qarışmasına imkan verməyəcək.
Etirazçılar həmçinin "Demokratik Bolqarıstan" parlament fraksiyasının Rusiya səfirini persona non-qrata elan edilməsi tələbini pisləyiblər.
BMR-nin məlumatına görə, mitinqdə bir neçə yüz adam iştirak edir. Parlament binasının qarşısında təhlükəsizlik səddi qurulub və aksiya polisin müşahidəsi altında baş tutur.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.