CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sökülmüş mənzilin əvəzinə verilən mənzil satılarkən vergi tutulmalıdırmı?

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMənzilin giriş qapısı, arxiv şəkli
Mənzilin giriş qapısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Abunə olmaq
Sökülmüş yaşayış sahəsinin əvəzində verilən və sahəsi 125 kvadratmetr olan yaşayış sahəsi təqdim edilərkən müvafiq arayış notariusa təqdim olunmaqla yaşayış sahəsinin 120 kvadratmetr sahəsi vergidən azad olunur.
BAKI, 6 aprel — Sputnik. Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsi də sadələşdirilmiş vergidən azad edilib.
Sputnik Azərbaycan Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir.
Qeyd edilənlərə əsasən, sökülmüş yaşayış sahəsinin əvəzində verilən və sahəsi 125 kvadratmetr olan yaşayış sahəsi təqdim edilərkən müvafiq arayış notariusa təqdim olunmaqla yaşayış sahəsinin 120 kvadratmetr (əvvəlki mənzilin sahəsi 100 kvadratmetr və 20 kvadratmetr sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə) sahəsi vergidən azad olunur. Qalan 5 kvadratmetr sahə isə ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb edilir.
Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsi də sadələşdirilmiş vergidən azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yasamal Yaşayış Kompleksi - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Mətbuat mərkəzi
Azərbaycanda sosial mənzil: layihənin perspektivləri
Xəbər lenti
0