https://sputnik.az/20220406/rus-medeniyyetinin-legvi-kifayet-etmedi-ona-qarsi-soygunculuq-zamani-geldi-440839682.html
Rus mədəniyyətinin ləğvi kifayət etmədi, ona qarşı soyğunçuluq zamanı gəldi
Rus mədəniyyətinin ləğvi kifayət etmədi, ona qarşı soyğunçuluq zamanı gəldi
Sputnik Azərbaycan
Bu gün dahi kimi qəbul edilən Fransız rəssamlarını dəstəkləmək üçün yüzlərlə frank xərcləyən rus tacirləri idi. 06.04.2022, Sputnik Azərbaycan
2022-04-06T08:00+0400
2022-04-06T08:00+0400
2022-04-06T08:00+0400
rəsm
təhlil
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440120663_0:339:3039:2048_1920x0_80_0_0_0a1fa2f7bf4ae89b8d1d34ee09e1c941.jpg
Finlandiya Gömrük Xidməti Rusiyaya gedən və Rusiyaya məxsus sənət əsərlərinin saxlanıldığını təsdiqləyib.Buna səbəb Aİ-nın tətbiq etdiyi sanksiyalardır."Gömrük Vaalimaa sərhəd-keçid məntəqəsində Aİ-nın sanksiyalarına məruz qaldığı ehtimal edilən üç yükü saxlayıb. Gömrük bu hallarla bağlı ilkin araşdırmaya başlayıb", - xəbər agentliyi bildirib.İndi bizə aydındır ki, rus musiqiçilərinin ləğvi, rus yazıçılarının ləğvi, rus rəqqasələrinin ləğvi, rus teatrlarının ləğvi təkcə onların çıxışına qadağa qoyulması və persona-non-qrata elan edilməsi deyil – sadəcə olaraq, ona görədir ki, onlar Rusiyada doğulub böyüyüblər.Bu gün ictimai məkanda ölkəmizə qarşı çıxanlar üçün rus mədəniyyətinin ləğvi həm də ölkəmizin milli irsinin müsadirə olunmasıdır.Bunlar rəsmlər, qiymətli foliantlar, əlyazmalar, partituralar, zərgərlik şedevrləri (və onlar sadəcə olaraq bizim muzey kolleksiyalarımızda şedevrlər saxlamırlar), tamamilə hər şey, hər hansı bir əşya, hər hansı bir artefakt ola bilər, əgər mənşəyində və ya saxlanma yerində iki söz - Rusiya Federasiyası varsa - bu,o deməkdir ki, bu əşya müsadirə edilə bilər."Gömrükçülər bunun sadəcə antikvar olub-olmadığını yoxlamaq qərarına gəldilər" kimi utancaq izahatlar əhəmiyyətsiz hesab edilməlidir.Finlandiya gömrük məmuru Ermitaj kolleksiyasından Enqranın “Qraf Quryevin portreti” rəsmini və ya Kanovanın “Amur” heykəlini (həmçinin, Ermitaj kolleksiyasından) “əntiq əşyalar” kimi təsnif etmək qərarına gəldiyi andan biz irsimizin ovlandığını başa düşməliyik. Və ovçuların canavarları bayraqlara doğru qovub qanundan kənarları elan etdikləri kimi, bizi də sıxışdırırlar.İtaliya muzey işçilərinin və kuratorlarının xahişi ilə "Böyük tur. İtaliya barədə xəyallar - Venesiyadan Pompeyə" sərgisində iştirak etmiş eksponatlar Peterburqa qaytarılmalı idi. Sərgi Milanda keçirilirdi.Hələ martın əvvəlində fransız həmkarlarından nümunə götürərək (onlar Kreml Muzeyinin rəhbərliyinə müraciət edərək Luvrun və bəzi digər ixtisaslaşdırılmış qurumların Moskvaya verdiyi əşyaları geri qaytarmağı xahiş etmişdilər. Rus sənət tarixçiləri, əlbəttə ki, hər şeyi vermiş, eksponatlar dərhal Fransa diplomatik missiyasının ərazisinə daşınmış və sərgisinin açılış tarixi dəyişdirilmişdi), Ermitajın əməkdaşları eksponatları eyni şəkildə geri qaytarmağı xahiş etdilər.Cavab olaraq italyanlar gileyləndilər ki, belə olduqda ekspozisiyanı vaxtından əvvəl bağlamalı olacaqlar, çünki məna və konsepsiyaya xələl gətirmədən tematik çuxuru düzəltmək mümkün deyildi. Ruslar isə bu arqumentləri eşitdilər, həmkarlarını başa düşdülər və sona qədər gözləməyə razı oldular. Bütün mənalarda.İndi gördüyümüz və bunun çox aydın şəkildə başa düşülməsi lazım olan şey hələ dram deyil. Bu, onun proloqudur. Bu, sınaqdan keçirildiyimiz andır – görəsən, bizim reaksiyamız necə olacaq? Susacağıq, qorxacağıq, yoxsa hər şeyin qaytarılmasını tələb edəcəyik? Həm də dərhal geri qaytarılmasını.Gecələr sanki Viola emal olunmuş pendir yüklü yük maşını saxlayan, əslində isə yükləri milli sərvətimiz olan yük maşınlarını saxlayan gömrükçülərin mövqeyini anlamaq mümkün deyil. Ancaq azacıq da olsa illüziya olmadan başa düşürük ki, bu gün və indi Rusiyadan kənarda yerləşən, lakin Rusiyaya aid olan hər hansı bir sənət əsəri gecə növbətçisi olan gömrük işçisi tərəfindən müsadirə olunmaq üçün potensial obyektdir.Əgər Ermitaja məxsus Enqr "antik" əşya kimi keçə bilərsə, onda gecə növbətçiliyində olan gömrük məmuru, şübhəsiz ki, belə bir antikvarı Karl Faberjenin Pasxa yumurtası (dahi zərgərin üç şah əsəri hazırda Londonda nümayiş olunur) və Sezannın rəsm əsəri və Van Qoqun tablosu (hazırda iki yüzə yaxın rəsm əsəri Fransanın paytaxtı Parisdədir və Fransa prezidenti artıq “Rusiyaya qarşı yeni sanksiyalar paketinin” tərəfdarı olduğunu bəyan edib) hesab edə bilər.Biz hər zaman gözləyirik. Və biz həmişə ümid edirik. Bu, əsl ruslara məxsus vərdişdir - dialoqda bərabər kimi qəbul olunana qədər gözləmək. Və ümid etmək ki, bizim narahatlığımız və təhlükəsizliyimizlə bağlı narahatlıqlarımız başa düşüləcək, nəzərə alınacaq və onları bizimlə müzakirə etməyə hazırdırlar.Və biz inanır və ümid edirik ki, təbii ki, milli sərvətlərimiz özümüzə qaytarılacaq. Necə ki, hər zaman geri qaytarmışıq. Yeri gəlmişkən, bizim keçmiş düşmənlərimizə. Biz milli sərvətlərini keçmiş düşmənlərimizə geri qaytardıq. Bizim tərəfimizdən xilas edilmiş və bərpa edilmiş vəziyyətdə.Və bunun müqabilində heç vaxt heç nə istəməmişik.Bu gün bizi incidən Qərb mədəniyyəti və Qərb mədəni dəyərləri dünyası (ona görə ki, biz onu xatırlatmamışdıq) az qala hər şeyi Rusiyaya borclu olduğunu unudub.Bu gün dahi kimi qəbul edilən Fransız rəssamlarını dəstəkləmək üçün yüzlərlə frank xərcləyən rus tacirləri idi, o zaman isə keçmişin və ondan öncəki yüzilliklərin qovuşuğunda bu sənətkarların adları heç kimə və heç nə demirdi. Xüsusilə bu adlar - Sezan, Renuar, Monet, Matissin həmvətənlərinə heç nə demirdi. Onları sözün əsl mənasında yoxsulluqdan çıxaran rus tacirləri idi. Və rus tacirləri, əgər keçmişdən baxsaq, hələ o zaman bu dahilərin yaradıcılıqlarını yüksək qiymətləndirərək əbədi şöhrət və gözlənilməz bir yol açmışdılar.Əslən permli, Peterburqlu kimi tanınan rus impressario, Qərbə bu gün malik olduğu baleti bəxş etdi. Həm klassik, həm də müasir baleti - ona görə ki, Sergey Dyagilevin truppası, onun həmfikirləri, həmkarları sadəcə olaraq dünyanın hər yerində balet teatrlarını və heç də az əhəmiyyətli olmayan xoreoqrafiya məktəblərini yaratdılar. Qərbdən Şərqə, Şimaldan Cənuba kimi.Yeri gəlmişkən, Lozanna gənclər arasında balet müsabiqəsi rəhbərliyinin bu il müsabiqədə Rusiyadan olan rəqqas və rəqqasələrin iştirak etməməsi barədə qərarı buna görə də gülüncdür. Əgər rus Dyagilev olmasaydı Lozanna, onun baleti və Moris Bejarı, görəsən, hazırda harada olardı?Biz özümüzdə olan hər şeyi səxavətlə dünyaya bəxş etdik, biz özümüzün bildiklərimizi və bacardığımızə dünyaya öyrətdik. Lisenziyalar haqqında, müəllif hüquqları haqqında, ödənişlər haqqında heç bir şey bilmirdik.Ağılın, istedadın tətbiqi sahəsini hamı üçün pulsuz platforma kimi başa düşərək, sənətdən pul qazanmamışıq, yetər ki, istedad və zəhmət olsun.Bizim üçün mədəniyyət və onun dəyərləri universaldır, vahiddir və bölünməzdir və buna görə də heç bir maddi dəyəri yoxdur.Onların mənəvi əhəmiyyəti bizim üçün daha vacibdir. Və biz kimsəyə buna şübhə etməyə imkan verməyəcəyik.Biz mədəniyyətə respublikanın sərvəti kimi yanaşırıq və məhz buna görə də bizə məxsus olanı geri qaytarmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Rusiyaya geri qaytarmaq üçün. Evə geri qaytarmaq üçün.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440120663_0:0:2731:2048_1920x0_80_0_0_22d0e74e96e75a3293bfde6d6b8ac50c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
rəsm, ukrayna, rusiya
Rus mədəniyyətinin ləğvi kifayət etmədi, ona qarşı soyğunçuluq zamanı gəldi
Bu gün dahi kimi qəbul edilən Fransız rəssamlarını dəstəkləmək üçün yüzlərlə frank xərcləyən rus tacirləri idi.
Finlandiya Gömrük Xidməti Rusiyaya gedən və Rusiyaya məxsus sənət əsərlərinin saxlanıldığını təsdiqləyib.
Buna səbəb Aİ-nın tətbiq etdiyi sanksiyalardır.
"Gömrük Vaalimaa sərhəd-keçid məntəqəsində Aİ-nın sanksiyalarına məruz qaldığı ehtimal edilən üç yükü saxlayıb. Gömrük bu hallarla bağlı ilkin araşdırmaya başlayıb", - xəbər agentliyi bildirib.
İndi bizə aydındır ki, rus musiqiçilərinin ləğvi, rus yazıçılarının ləğvi, rus rəqqasələrinin ləğvi, rus teatrlarının ləğvi təkcə onların çıxışına qadağa qoyulması və persona-non-qrata elan edilməsi deyil – sadəcə olaraq, ona görədir ki, onlar Rusiyada doğulub böyüyüblər.
Bu gün ictimai məkanda ölkəmizə qarşı çıxanlar üçün rus mədəniyyətinin ləğvi həm də ölkəmizin milli irsinin müsadirə olunmasıdır.
Bunlar rəsmlər, qiymətli foliantlar, əlyazmalar, partituralar, zərgərlik şedevrləri (və onlar sadəcə olaraq bizim muzey kolleksiyalarımızda şedevrlər saxlamırlar), tamamilə hər şey, hər hansı bir əşya, hər hansı bir artefakt ola bilər, əgər mənşəyində və ya saxlanma yerində iki söz - Rusiya Federasiyası varsa - bu,o deməkdir ki, bu əşya müsadirə edilə bilər.
"Gömrükçülər bunun sadəcə antikvar olub-olmadığını yoxlamaq qərarına gəldilər" kimi utancaq izahatlar əhəmiyyətsiz hesab edilməlidir.
Finlandiya gömrük məmuru Ermitaj kolleksiyasından Enqranın “Qraf Quryevin portreti” rəsmini və ya Kanovanın “Amur” heykəlini (həmçinin, Ermitaj kolleksiyasından) “əntiq əşyalar” kimi təsnif etmək qərarına gəldiyi andan biz irsimizin ovlandığını başa düşməliyik. Və ovçuların canavarları bayraqlara doğru qovub qanundan kənarları elan etdikləri kimi, bizi də sıxışdırırlar.
İtaliya muzey işçilərinin və kuratorlarının xahişi ilə "Böyük tur. İtaliya barədə xəyallar - Venesiyadan Pompeyə" sərgisində iştirak etmiş eksponatlar Peterburqa qaytarılmalı idi. Sərgi Milanda keçirilirdi.
Hələ martın əvvəlində fransız həmkarlarından nümunə götürərək (onlar Kreml Muzeyinin rəhbərliyinə müraciət edərək Luvrun və bəzi digər ixtisaslaşdırılmış qurumların Moskvaya verdiyi əşyaları geri qaytarmağı xahiş etmişdilər. Rus sənət tarixçiləri, əlbəttə ki, hər şeyi vermiş, eksponatlar dərhal Fransa diplomatik missiyasının ərazisinə daşınmış və sərgisinin açılış tarixi dəyişdirilmişdi), Ermitajın əməkdaşları eksponatları eyni şəkildə geri qaytarmağı xahiş etdilər.
Cavab olaraq italyanlar gileyləndilər ki, belə olduqda ekspozisiyanı vaxtından əvvəl bağlamalı olacaqlar, çünki məna və konsepsiyaya xələl gətirmədən tematik çuxuru düzəltmək mümkün deyildi. Ruslar isə bu arqumentləri eşitdilər, həmkarlarını başa düşdülər və sona qədər gözləməyə razı oldular. Bütün mənalarda.
İndi gördüyümüz və bunun çox aydın şəkildə başa düşülməsi lazım olan şey hələ dram deyil. Bu, onun proloqudur. Bu, sınaqdan keçirildiyimiz andır – görəsən, bizim reaksiyamız necə olacaq? Susacağıq, qorxacağıq, yoxsa hər şeyin qaytarılmasını tələb edəcəyik? Həm də dərhal geri qaytarılmasını.
Gecələr sanki Viola emal olunmuş pendir yüklü yük maşını saxlayan, əslində isə yükləri milli sərvətimiz olan yük maşınlarını saxlayan gömrükçülərin mövqeyini anlamaq mümkün deyil. Ancaq azacıq da olsa illüziya olmadan başa düşürük ki, bu gün və indi Rusiyadan kənarda yerləşən, lakin Rusiyaya aid olan hər hansı bir sənət əsəri gecə növbətçisi olan gömrük işçisi tərəfindən müsadirə olunmaq üçün potensial obyektdir.
Əgər Ermitaja məxsus Enqr "antik" əşya kimi keçə bilərsə, onda gecə növbətçiliyində olan gömrük məmuru, şübhəsiz ki, belə bir antikvarı Karl Faberjenin Pasxa yumurtası (dahi zərgərin üç şah əsəri hazırda Londonda nümayiş olunur) və Sezannın rəsm əsəri və Van Qoqun tablosu (hazırda iki yüzə yaxın rəsm əsəri Fransanın paytaxtı Parisdədir və Fransa prezidenti artıq “Rusiyaya qarşı yeni sanksiyalar paketinin” tərəfdarı olduğunu bəyan edib) hesab edə bilər.
Biz hər zaman gözləyirik. Və biz həmişə ümid edirik. Bu, əsl ruslara məxsus vərdişdir - dialoqda bərabər kimi qəbul olunana qədər gözləmək. Və ümid etmək ki, bizim narahatlığımız və təhlükəsizliyimizlə bağlı narahatlıqlarımız başa düşüləcək, nəzərə alınacaq və onları bizimlə müzakirə etməyə hazırdırlar.
Və biz inanır və ümid edirik ki, təbii ki, milli sərvətlərimiz özümüzə qaytarılacaq. Necə ki, hər zaman geri qaytarmışıq. Yeri gəlmişkən, bizim keçmiş düşmənlərimizə. Biz milli sərvətlərini keçmiş düşmənlərimizə geri qaytardıq. Bizim tərəfimizdən xilas edilmiş və bərpa edilmiş vəziyyətdə.
Və bunun müqabilində heç vaxt heç nə istəməmişik.
Bu gün bizi incidən Qərb mədəniyyəti və Qərb mədəni dəyərləri dünyası (ona görə ki, biz onu xatırlatmamışdıq) az qala hər şeyi Rusiyaya borclu olduğunu unudub.
Bu gün dahi kimi qəbul edilən Fransız rəssamlarını dəstəkləmək üçün yüzlərlə frank xərcləyən rus tacirləri idi, o zaman isə keçmişin və ondan öncəki yüzilliklərin qovuşuğunda bu sənətkarların adları heç kimə və heç nə demirdi. Xüsusilə bu adlar - Sezan, Renuar, Monet, Matissin həmvətənlərinə heç nə demirdi. Onları sözün əsl mənasında yoxsulluqdan çıxaran rus tacirləri idi. Və rus tacirləri, əgər keçmişdən baxsaq, hələ o zaman bu dahilərin yaradıcılıqlarını yüksək qiymətləndirərək əbədi şöhrət və gözlənilməz bir yol açmışdılar.
Əslən permli, Peterburqlu kimi tanınan rus impressario, Qərbə bu gün malik olduğu baleti bəxş etdi. Həm klassik, həm də müasir baleti - ona görə ki, Sergey Dyagilevin truppası, onun həmfikirləri, həmkarları sadəcə olaraq dünyanın hər yerində balet teatrlarını və heç də az əhəmiyyətli olmayan xoreoqrafiya məktəblərini yaratdılar. Qərbdən Şərqə, Şimaldan Cənuba kimi.
Yeri gəlmişkən, Lozanna gənclər arasında balet müsabiqəsi rəhbərliyinin bu il müsabiqədə Rusiyadan olan rəqqas və rəqqasələrin iştirak etməməsi barədə qərarı buna görə də gülüncdür. Əgər rus Dyagilev olmasaydı Lozanna, onun baleti və Moris Bejarı, görəsən, hazırda harada olardı?
Biz özümüzdə olan hər şeyi səxavətlə dünyaya bəxş etdik, biz özümüzün bildiklərimizi və bacardığımızə dünyaya öyrətdik. Lisenziyalar haqqında, müəllif hüquqları haqqında, ödənişlər haqqında heç bir şey bilmirdik.
Ağılın, istedadın tətbiqi sahəsini hamı üçün pulsuz platforma kimi başa düşərək, sənətdən pul qazanmamışıq, yetər ki, istedad və zəhmət olsun.
Bizim üçün mədəniyyət və onun dəyərləri universaldır, vahiddir və bölünməzdir və buna görə də heç bir maddi dəyəri yoxdur.
Onların mənəvi əhəmiyyəti bizim üçün daha vacibdir. Və biz kimsəyə buna şübhə etməyə imkan verməyəcəyik.
Biz mədəniyyətə respublikanın sərvəti kimi yanaşırıq və məhz buna görə də bizə məxsus olanı geri qaytarmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Rusiyaya geri qaytarmaq üçün. Evə geri qaytarmaq üçün.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.