https://sputnik.az/20220406/prezident-lham-eliyev-brusselde-seferdedir-440857632.html
Prezident İlham Əliyev Brüsseldə səfərdədir
Prezident İlham Əliyev Brüsseldə səfərdədir
Sputnik Azərbaycan
Politoloq Nazim Cəfərsoy hesab edir ki, Brüssel görüşü Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda davam edən normallaşma prosesinin məntiqi... 06.04.2022, Sputnik Azərbaycan
2022-04-06T15:45+0400
2022-04-06T15:45+0400
2022-04-06T15:55+0400
prezident ilham əliyev
siyasət
brüssel
işgüzar səfər
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440857235_0:345:3025:2047_1920x0_80_0_0_0d1e70dad6c4decc750b1c689e15ff49.jpg
BAKI, 6 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib.Bu barədə Sputnik Azərbaycan Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulur.Sputnik Azərbaycan Brüssel görüşü öncəsi vəziyyət və bu görüşdən gözləntilərlə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoyun fikirlərini öyrənib.Politoloq bildirib ki, Brüssel görüşü Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda davam edən normallaşma prosesinin məntiqi davamıdır. Onun sözlərinə görə, Avropa İttifaqı uzun zamandır bu prosesdə yer almaq üçün çalışırdı:"Bu görüş də Avropanın proseslərdə yer almaq cəhdidir. Biz Brüssel görüşünə qədər də iki ölkə rəsmiləri arasında müxtəlif səviyyələrdə və platformalarda görüşlərin keçirildiyini bilirik. Uzun müddət davam edən təmaslar həm Avropa, həm Rusiyanın vasitəçiliyi ilə, həm də birbaşa olaraq həyata keçirilib".Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220406/konsensus-olmasaydi-terefler-bir-araya-gelmezdi---politoloq-440853538.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440857235_148:0:2877:2047_1920x0_80_0_0_0612e749df6741a26b0b625da7057ded.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
prezident ilham əliyev, brüssel, işgüzar səfər
prezident ilham əliyev, brüssel, işgüzar səfər
Prezident İlham Əliyev Brüsseldə səfərdədir
15:45 06.04.2022 (Yenilənib: 15:55 06.04.2022) Politoloq Nazim Cəfərsoy hesab edir ki, Brüssel görüşü Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda davam edən normallaşma prosesinin məntiqi davamıdır.
BAKI, 6 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib.
Bu barədə Sputnik Azərbaycan Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan Brüssel görüşü öncəsi vəziyyət və bu görüşdən gözləntilərlə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoyun fikirlərini öyrənib.
Politoloq bildirib ki, Brüssel görüşü Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda davam edən normallaşma prosesinin məntiqi davamıdır. Onun sözlərinə görə, Avropa İttifaqı uzun zamandır bu prosesdə yer almaq üçün çalışırdı:
"Bu görüş də Avropanın proseslərdə yer almaq cəhdidir. Biz Brüssel görüşünə qədər də iki ölkə rəsmiləri arasında müxtəlif səviyyələrdə və platformalarda görüşlərin keçirildiyini bilirik. Uzun müddət davam edən təmaslar həm Avropa, həm Rusiyanın vasitəçiliyi ilə, həm də birbaşa olaraq həyata keçirilib".
Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.