Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ölkənin iki böyük teatrında qiymət fərqi nə ilə bağlıdır? - FOTO

© Sputnik / Murad OrujovАзербайджанский государственный академический национальный драматический театр
Азербайджанский государственный академический национальный драматический театр - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Abunə olmaq
Mədəniyyət nazirliyi hesab edir ki, təyin olunmuş qiymətlər canlı performansların, səhnədə canlı insan əməyinin gerçək dəyərini əks etdirmir. Teatrlarımız yürütdüyü qiymət siyasətinə uyğun olaraq, biletlərin satış qiymətini dəyişə bilərlər
BAKI, 06 aprel — Sputnik. Azərbaycandilli teatrlarla Rus Dram teatrının biletləri arasında qiymət fərqi var. Məsələn, Akademik Milli Dram Teatrında Aprel ayının 16-da "Qətibə İnanc" tamaşası nümayiş olunacaq. Həmin tamaşanın qiyməti 6 manatdan başlayır. 17 Apreldə Rus Dram teatrında nümayiş olunacaq "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah-caduküni məşhur" tamaşasının qiyməti isə 15 manatdır. Qiymət fərqinin səbəbi nə ilə bağlıdır?
Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov bildirib ki, həmin teatrda səhnələşdirilən uşaq tamaşaları nisbətən ucuzdur. Böyüklər üçün nəzərdə tutulan tamaşalar isə 15 manatdır. Amma bu qiymət premyeralara şamil olunmur. Rus Dram Teatrında premyera tamaşalarının qiyməti 20 manatdır. Qiymətlər pandemiyadan öncə təyin olunub. Pandemiyadan sonra qiymət artımı olmayıb.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, teatrlar biletlərin satış qiymətini Mədəniyyət Nazirliyi ilə müzakirə edərək həyata keçirir. Akademik Milli Dram Teatrında gündüz tamaşalarına biletlər bir qayda olaraq 6 manat müəyyənləşdirilib. Axşam tamaşaları isə parter (Səhnəyə ən yaxın olan auditoriya sahəsi) birinci amfiteatr və ikinci amfiteatr (Səhnə səviyyəsindən daha yüksəkdə yerləşən yer) olmaqla 6-10 manat arasında dəyişir. Əsas paytaxt teatrlarında da qiymətlər bu şəkildə müəyyənləşib. Rus Dram Teatrında isə tamaşaçılar fərqli, kontingent müxtəlif olduğuna görə qiymət fərqlidir. Akademik Milli Dram Teatrında növbəti aylarda biletlərin qiymətində qismən dəyişikliyin olması mümkündür və gözləniləndir.
Məsələyə Mədəniyyət nazirliyi də münasibət bildirirdi. Nazirlikdən verilən açıqlamaya görə, bu gün teatr-konsert müəssisələrində biletlərin qiymətləri olduqca aşağıdır. Mədəniyyət Nazirliyi biletlərin qiymətində iqtisadi rentabellik prinsipindən çıxış etməyi düzgün sayır. Amma bu gün teatrlarda biletlərin qiymətini təyin edən vahid tarif müəyyənləşdirilməyib. Çünki müxtəlif teatrlarda tamaşalara sərf olunan vəsaitin miqdarı da fərqlidir. Bu vəsaitin həcmi tamaşadan asılı olaraq dəyişə bilir. Bu səbəbdən Mədəniyyət Nazirliyi biletlərin qiymətinin müəyyənləşdirilməsini teatr rəhbərliyinə həvalə edib.
Xəbər lenti
0