NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bahalaşmağa başlayıb - DETALLAR

© AFP 2024 / MLADEN ANTONOVBakıda neft nasosları, arxiv şəkli
Bakıda neft nasosları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Abunə olmaq
"Azeri Light" markalı neftin qiyməti yenə də enib.
BAKI, 6 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,82 dollar azalaraq 111,62 dollar olub.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,64 dollar bahalaşaraq 107,28 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,37 dollar artaraq 102,33 dollar olub.
Qeyd edək ki, Avropa İttifaqının indiki mərhələdə Rusiya neftinə qarşı sanksiyaları gündəmə gətirməməsi neftin ucuzlaşmasının dayanmasına səbəb olub. Neft bazarında bütün diqqətlər Rusiyaya qarşı yeni sanksiyalara yönəlib.
Çindəki pandemiya neft bazarlarında da yaxından izlənilir. Ölkənin maliyyə mərkəzi olan Şanxayda pandemiya hər keçən gün daha da artır. Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı hazırkı omikron dalğasında 20 mini ötüb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
OPEC+ gündəlik neft hasilatının mayda 432 min barel artırmasına Azərbaycan da razılıq verib.
Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulur.
OPEC+ ölkələri nazirlərinin 28-ci iclasının 5 may tarixində keçirilməsi razılaşdırılıb.
Xəbər lenti
0