Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Kimlər icbari tibbi sığortadan istifadə edə bilməyəcək? Siyahıda məhkumlar da var

© AFP 2024 / DOMINIQUE FAGETHəbsxana, arxiv şəkli
Həbsxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Abunə olmaq
BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər vətəndaşlığı olmayan şəxslər istisna olmaqla icbari tibbi sığorta haqqından azad edilirlər.
BAKI, 6 aprel — Sputnik. İcbari tibbi sığorta şamil edilməyən vətəndaş qrupları açıqlanıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, icbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) şamil edilmir.
Eyni zamanda "Tibbi Sığorta haqqında" Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) icbari tibbi sığorta haqqından azad edilirlər.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
Agentlik 15 fevral 2016-cı il tarixində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0