https://sputnik.az/20220406/dilare-eliyeva-turkiyede-filme-cekilecek-440872802.html
Dilarə Əliyeva Türkiyədə filmə çəkiləcək
Dilarə Əliyeva Türkiyədə filmə çəkiləcək
Sputnik Azərbaycan
Aktrisa bildirir ki, film dram janrında olacaq. 49 yaşlı aktrisa filmlə bağlı plastik əməliyyat etdirmək niyyətindədir. 06.04.2022, Sputnik Azərbaycan
2022-04-06T21:57+0400
2022-04-06T21:57+0400
2022-04-06T21:57+0400
mədəniyyət
əməkdar artist
film
türkiyə
https://cdnn1.img.sputnik.az/img/42177/62/421776220_0:51:3073:1779_1920x0_80_0_0_4085025d85909d57743621e481716e74.jpg
BAKI, 6 aprel — Sputnik. Əməkdar artist Dilarə Əliyeva Türkiyədə filmə çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən aktrisa bildirib ki, filmin çəkilişləri oktyabr-noyabr aylarına təsadüf edir. Aktrisa bildirir ki, film dram janrında olacaq:"Müqaviləyə əsasən, mən nə filmin adını, nə onun heyətini, nə də şirkətin adını açılaya bilərəm".Qeyd edək ki, 49 yaşlı aktrisa filmlə bağlı plastik əməliyyat etdirmək niyyətindədir: "Heç olmasa 10 kilo çəki atmalıyam. Plastik əməliyyat da olacaq. Bu iş üçün dəyər. Simamda da dəyişiklik etdirəcəm".Məlumat üçün bildirək ki, D.Əliyeva müxtəlif janrlı tamaşalarda və filmlərdə rol alıb. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M.Bayciyev, "Ər və arvad"), Henrietta (G.Mopassan, "Dərəbəylik"), Badam (V.Əliyev, "Madam-Badam"), Gəlin (Z.Yaqub, "Didərginlər"), Mişilin (M.Marinye, "Oğru"), Zərifə (G.Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D.Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V.Səmədoğlu, "Yumurta"), Xavər (M.Atəş, "Gəlinlər"), Sarıca (M.Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T.İmanov, "Məhəllə") və s. obrazlarla yadda qalıb.Dilarə Əliyeva həm də bir çox telekanallarda verilişlərin aparıcısı olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42177/62/421776220_12:0:2743:2048_1920x0_80_0_0_f738d93643cde62ca9c269ae84ae3d64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əməkdar artist, film, türkiyə
əməkdar artist, film, türkiyə
Dilarə Əliyeva Türkiyədə filmə çəkiləcək
Aktrisa bildirir ki, film dram janrında olacaq. 49 yaşlı aktrisa filmlə bağlı plastik əməliyyat etdirmək niyyətindədir.
BAKI, 6 aprel — Sputnik. Əməkdar artist Dilarə Əliyeva Türkiyədə filmə çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən aktrisa bildirib ki, filmin çəkilişləri oktyabr-noyabr aylarına təsadüf edir. Aktrisa bildirir ki, film dram janrında olacaq:
"Müqaviləyə əsasən, mən nə filmin adını, nə onun heyətini, nə də şirkətin adını açılaya bilərəm".
Qeyd edək ki, 49 yaşlı aktrisa filmlə bağlı plastik əməliyyat etdirmək niyyətindədir: "Heç olmasa 10 kilo çəki atmalıyam. Plastik əməliyyat da olacaq. Bu iş üçün dəyər. Simamda da dəyişiklik etdirəcəm".
Məlumat üçün bildirək ki, D.Əliyeva müxtəlif janrlı tamaşalarda və filmlərdə rol alıb. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M.Bayciyev, "Ər və arvad"), Henrietta (G.Mopassan, "Dərəbəylik"), Badam (V.Əliyev, "Madam-Badam"), Gəlin (Z.Yaqub, "Didərginlər"), Mişilin (M.Marinye, "Oğru"), Zərifə (G.Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D.Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V.Səmədoğlu, "Yumurta"), Xavər (M.Atəş, "Gəlinlər"), Sarıca (M.Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T.İmanov, "Məhəllə") və s. obrazlarla yadda qalıb.
Dilarə Əliyeva həm də bir çox telekanallarda verilişlərin aparıcısı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.