https://sputnik.az/20220406/azerbaycanda-biznes-qurmaq-niye-cetindir-440799273.html
Azərbaycanda biznes qurmaq niyə çətindir?
Azərbaycanda biznes qurmaq niyə çətindir?
Sputnik Azərbaycan
Fəxri Ağayev deyir ki, Azərbaycanda biznesi rəsmiləşdirmək asandır, amma əsas problemlər sonrakı mərhələlərdə başlayır. 06.04.2022, Sputnik Azərbaycan
2022-04-06T09:30+0400
2022-04-06T09:30+0400
2022-04-06T09:30+0400
azərbaycan
iqtisadiyyat
biznes
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_0:0:3071:1728_1920x0_80_0_0_7304bbf65ac445748cb78605e06255dd.jpg
BAKI, 6 aprel — Sputnik. Azərbaycanda şəxsi biznesini qurmağa maraq göstərən şəxslər çoxdur, amma əksəriyyət bunun üçün əngəllərin olduğunu düşünür.Gülnar Məmmədova gözəllik salonu açmaq istəyir. Lakin bunun üçün ona azı 10 min manat vəsaitin lazım olduğunu deyir.Bəs Azərbaycanda biznes qurmağın əsas çətinlikəri nədir?İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, biznes kreditlərinə görə faizlərin müəyyən edilməsi zamanı, onun hansı istiqamətə yönəldiləcəyi nəzərə alınmalıdır. Çünki elə sahələr var, orada uzunmüddətli kreditlərə ehtiyac duyulur. Məsələn, kənd təsərrüfatının çayçılıq kimi elə sahələri var ki, 5-6 il müddətində ondan ümumiyyətlə heç bir gəlir götürmək mümkün deyil. Odur ki, bu cür sahələr üzrə kredit verilərkən, müddət və faizlər nəzərə alınmalıdır."Belə sahələrdə biznes quranlar bir neçə il ərzində gəlir götürmədən faiz ödəyirlər. Ona görə də müddət nəzərə alınmalıdır, faizlərlə bağlı güzəştli şərtlərin olması önəmlidir", - ekspert deyib. Onun fikrincə, bundan fərqli olaraq, kommersiya kreditlərində faiz, zaman ciddi rol oynamır.N.Cəfərli bildirir ki, biznes üçün faizlərin yüksək olması ölkədə inflyasiya yarada biləcək faktorlardan biridir: "Mərkəzi Bank ard-arda faiz dərəcələrini artırır. Bu amil biznesin inkişafına mənfi təsir göstərir".Peşəkar idarəçi və biznes məsləhətçisi Fəxri Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda biznes qurmağın əsas çətinliyi insanların ona başlayanda nə qədər məsuliyyətli bir işə girişdiyini tam dərk etməməsindədir: "Ölkəmizdə belə bir təsəvvür var ki, biznes qurmaq asandır, hər kəs biznes qura bilər, lakin bunun üçün maddi və psixoloji azadlıq lazımdır. Daha sonra tamamilə bunun tərsi baş verir, yəni, insanlar tamamilə azadlıqlarını itirirlər".Ekspertin fikrincə, biznes qurmaq istəyən şəxslər üçün digər maneə odur ki, maraqlı ideyası olanların maliyyə imkanları azdır: "Banklar tərəfindən biznes kreditləri çox yüksək faizlə verilir. Yüksək faizlə kredit götürən şəxs ilkin mərhələdə ehtimal etmədiyi xərclərlə üzləşdikdə, maddi baxımdan ciddi sıxıntılar yaşayır. Ölkədə təəssüf ki, bu gün investorlar formalaşmayıb. Maddi imkanları geniş olan insanlar isə əsl investor kimi uzunmüddətli düşünmürlər".O deyir ki, əslində biznesin qurulması üçün ciddi bir maneə yoxdur: "Biznesi rəsmi şəkildə qurmaq asandır. Əsas problemlər sonrakı mərhələlərdə başlayır. İcarəyə alınan obyekt sahibləri ilə uzunmüddətli əlaqələrin qurulması, müxtəlif dövlət qurumları tərəfindən olan və ya gözlənən dəstəyin olmaması, sahibkarların rəsmi və qanuni mövzularda biliksizliyi də bu problemlər sırasındadır".F.Ağayev bildirir ki, biznesə olduqca məsuliyyətli yanaşmaq və uzunmüddətli bir layihəyə kimi baxmaq lazımdır: "Yəni, bu işə başlamadan öncə ciddi biznes planı olmalı, hərtərəfli dərin təhlil aparılmalıdır".KOBİA ölkədə kiçik və orta biznesə necə dəstək olur?Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznesin (KOB) inkişafına dəstək olmaq, ölkə iqtisadiyyatında KOB subyektlərinin rolunun artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə bir sıra dəstək və xidmətlər göstərilir: "KOBİA sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması ücun təlimlər keçir, məsləhət və digər xidmətlər göstərir. Onlar Agentliyin ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM-lər) tərəfindən həyata keçirilir. 2021-ci ildə KOBİM-lər tərəfindən ümumilikdə 1600-ə yaxın təlim keçirilib, 17000 saatdan çox məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 23 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxslər faydalanıb"."Agentlik beynəlxalq təcrübədən faydalanmaları üçün sahibkar və menecerlərin xarici ölkələrə təlim və təcrübə səfərlərini təşkil edir. Sahibkarlar kobim.az saytı üzərindən KOBİA-nın video təlim platformasından da ödənişsiz olaraq istifadə edə bilərlər. Bundan başqa, agentlik dövlət dəstəyi mexanizmləri barədə sahibkarları məlumatlandırır, onlara çıxış istiqamətində dəstək göstərir, sahibkarları dövlət və özəl qurumlarla əlaqələndirir. Bu istiqamətdə ölkənin bir çox şəhər və rayonlarını əhatə edən KOB dostu şəbəkəsi sahibkarlara yerində operativ dəstək və xidmətləri təmin edir. Agentlik bu sahədə sahibkarların şikayətlərinin araşdırılması və çevik həlli ilə bağlı müvafiq tədbirlər görür, sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələrin məhkəmədənkənar qaydada mediasiya yolu ilə həlli prosesində yaxından iştirak edir".Bundan başqa, agentlik sahibkarların məhsul və xidmətlərinin yerli və xarici bazarlara çıxışına dəstək göstərməklə KOB-ların qeyri-neft ixracında payının artırılmasına, "Made in Azerbaijan" brendinin təşviqinə dəstək olur: "KOB-lar satış imkanlarının genişləndirilməsi və bazarlara çıxış üçün KOBİA-nın sərgilərdə iştirak, ticarət şəbəkələrinə çıxışa dəstək və "kobmarket.az" ticarət portalından istifadə edə bilərlər".2021-ci ildə KOB evləri tərəfindən sahibkarlara ümumilikdə 50 mindən çox "G2B" (dövlət-biznes) və 3 mindən çox "B2B" (biznes-biznes) xidmətlər göstərilib: "Agentlik tərəfindən təmin olunan daxili bazar araşdırması mexanizmi isə yeni məhsul və xidmət istehsalına başlamazdan əvvəl bazarın araşdırılması üçün faydalı dəstək alətlərindəndir. KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədi daşıyan daxili bazar araşdırması mexanizmi çərçivəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanıb. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Dəstək məbləğinin maksimal məbləği 20 min manata qədərdir".Agentlik tərəfindən KOB-lara eyni zamanda təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə qrantlar, mikro və kiçik sahibkarları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verilir: "İndiyədək KOB-lara 36 "Startap" şəhadətnaməsi verilib. Agentlik tərəfindən keçirilmiş iki qrant müsabiqəsi çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə 28 layihəsinin maliyyələşdirilməsinə qrant formasında 500 min manatdan çox maliyyə vəsaiti ayrılıb".Sahibkarlığın daha da inkişafı, biznesə göstərilən dəstək və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üçün yeni mexanizmlər üzərində işlər davam etdirilir.Bankların biznes kredit faizi nə qədərdir?Banklar arasında biznes kreditlərinin faiz dərəcəsi 10-14 % arasında dəyişir. Belə ki, "Bank Of Baku"da biznes kreditlərinin faizi minimum 14, "Kapital Bank"da 12, "Beynəlxalq Bank"da 10-14% təşkil edir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_169:0:2900:2048_1920x0_80_0_0_db50f5bdc65d50919a2723de53ef9bf3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, biznes
Azərbaycanda biznes qurmaq niyə çətindir?
Fəxri Ağayev deyir ki, Azərbaycanda biznesi rəsmiləşdirmək asandır, amma əsas problemlər sonrakı mərhələlərdə başlayır.
BAKI, 6 aprel — Sputnik. Azərbaycanda şəxsi biznesini qurmağa maraq göstərən şəxslər çoxdur, amma əksəriyyət bunun üçün əngəllərin olduğunu düşünür.
Gülnar Məmmədova gözəllik salonu açmaq istəyir. Lakin bunun üçün ona azı 10 min manat vəsaitin lazım olduğunu deyir.
Bəs Azərbaycanda biznes qurmağın əsas çətinlikəri nədir?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, biznes kreditlərinə görə faizlərin müəyyən edilməsi zamanı, onun hansı istiqamətə yönəldiləcəyi nəzərə alınmalıdır. Çünki elə sahələr var, orada uzunmüddətli kreditlərə ehtiyac duyulur. Məsələn, kənd təsərrüfatının çayçılıq kimi elə sahələri var ki, 5-6 il müddətində ondan ümumiyyətlə heç bir gəlir götürmək mümkün deyil. Odur ki, bu cür sahələr üzrə kredit verilərkən, müddət və faizlər nəzərə alınmalıdır.
"Belə sahələrdə biznes quranlar bir neçə il ərzində gəlir götürmədən faiz ödəyirlər. Ona görə də müddət nəzərə alınmalıdır, faizlərlə bağlı güzəştli şərtlərin olması önəmlidir", - ekspert deyib. Onun fikrincə, bundan fərqli olaraq, kommersiya kreditlərində faiz, zaman ciddi rol oynamır.
N.Cəfərli bildirir ki, biznes üçün faizlərin yüksək olması ölkədə inflyasiya yarada biləcək faktorlardan biridir: "Mərkəzi Bank ard-arda faiz dərəcələrini artırır. Bu amil biznesin inkişafına mənfi təsir göstərir".
Peşəkar idarəçi və biznes məsləhətçisi Fəxri Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda biznes qurmağın əsas çətinliyi insanların ona başlayanda nə qədər məsuliyyətli bir işə girişdiyini tam dərk etməməsindədir: "Ölkəmizdə belə bir təsəvvür var ki, biznes qurmaq asandır, hər kəs biznes qura bilər, lakin bunun üçün maddi və psixoloji azadlıq lazımdır. Daha sonra tamamilə bunun tərsi baş verir, yəni, insanlar tamamilə azadlıqlarını itirirlər".
Ekspertin fikrincə, biznes qurmaq istəyən şəxslər üçün digər maneə odur ki, maraqlı ideyası olanların maliyyə imkanları azdır: "Banklar tərəfindən biznes kreditləri çox yüksək faizlə verilir. Yüksək faizlə kredit götürən şəxs ilkin mərhələdə ehtimal etmədiyi xərclərlə üzləşdikdə, maddi baxımdan ciddi sıxıntılar yaşayır. Ölkədə təəssüf ki, bu gün investorlar formalaşmayıb. Maddi imkanları geniş olan insanlar isə əsl investor kimi uzunmüddətli düşünmürlər".
O deyir ki, əslində biznesin qurulması üçün ciddi bir maneə yoxdur: "Biznesi rəsmi şəkildə qurmaq asandır. Əsas problemlər sonrakı mərhələlərdə başlayır. İcarəyə alınan obyekt sahibləri ilə uzunmüddətli əlaqələrin qurulması, müxtəlif dövlət qurumları tərəfindən olan və ya gözlənən dəstəyin olmaması, sahibkarların rəsmi və qanuni mövzularda biliksizliyi də bu problemlər sırasındadır".
F.Ağayev bildirir ki, biznesə olduqca məsuliyyətli yanaşmaq və uzunmüddətli bir layihəyə kimi baxmaq lazımdır: "Yəni, bu işə başlamadan öncə ciddi biznes planı olmalı, hərtərəfli dərin təhlil aparılmalıdır".
KOBİA ölkədə kiçik və orta biznesə necə dəstək olur?
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznesin (KOB) inkişafına dəstək olmaq, ölkə iqtisadiyyatında KOB subyektlərinin rolunun artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə bir sıra dəstək və xidmətlər göstərilir: "KOBİA sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması ücun təlimlər keçir, məsləhət və digər xidmətlər göstərir. Onlar Agentliyin ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM-lər) tərəfindən həyata keçirilir. 2021-ci ildə KOBİM-lər tərəfindən ümumilikdə 1600-ə yaxın təlim keçirilib, 17000 saatdan çox məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 23 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxslər faydalanıb".
"Agentlik beynəlxalq təcrübədən faydalanmaları üçün sahibkar və menecerlərin xarici ölkələrə təlim və təcrübə səfərlərini təşkil edir. Sahibkarlar kobim.az saytı üzərindən KOBİA-nın video təlim platformasından da ödənişsiz olaraq istifadə edə bilərlər. Bundan başqa, agentlik dövlət dəstəyi mexanizmləri barədə sahibkarları məlumatlandırır, onlara çıxış istiqamətində dəstək göstərir, sahibkarları dövlət və özəl qurumlarla əlaqələndirir. Bu istiqamətdə ölkənin bir çox şəhər və rayonlarını əhatə edən KOB dostu şəbəkəsi sahibkarlara yerində operativ dəstək və xidmətləri təmin edir. Agentlik bu sahədə sahibkarların şikayətlərinin araşdırılması və çevik həlli ilə bağlı müvafiq tədbirlər görür, sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələrin məhkəmədənkənar qaydada mediasiya yolu ilə həlli prosesində yaxından iştirak edir".
Bundan başqa, agentlik sahibkarların məhsul və xidmətlərinin yerli və xarici bazarlara çıxışına dəstək göstərməklə KOB-ların qeyri-neft ixracında payının artırılmasına, "Made in Azerbaijan" brendinin təşviqinə dəstək olur: "KOB-lar satış imkanlarının genişləndirilməsi və bazarlara çıxış üçün KOBİA-nın sərgilərdə iştirak, ticarət şəbəkələrinə çıxışa dəstək və "kobmarket.az" ticarət portalından istifadə edə bilərlər".
2021-ci ildə KOB evləri tərəfindən sahibkarlara ümumilikdə 50 mindən çox "G2B" (dövlət-biznes) və 3 mindən çox "B2B" (biznes-biznes) xidmətlər göstərilib: "Agentlik tərəfindən təmin olunan daxili bazar araşdırması mexanizmi isə yeni məhsul və xidmət istehsalına başlamazdan əvvəl bazarın araşdırılması üçün faydalı dəstək alətlərindəndir. KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədi daşıyan daxili bazar araşdırması mexanizmi çərçivəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanıb. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Dəstək məbləğinin maksimal məbləği 20 min manata qədərdir".
Agentlik tərəfindən KOB-lara eyni zamanda təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə qrantlar, mikro və kiçik sahibkarları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verilir: "İndiyədək KOB-lara 36 "Startap" şəhadətnaməsi verilib. Agentlik tərəfindən keçirilmiş iki qrant müsabiqəsi çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə 28 layihəsinin maliyyələşdirilməsinə qrant formasında 500 min manatdan çox maliyyə vəsaiti ayrılıb".
Sahibkarlığın daha da inkişafı, biznesə göstərilən dəstək və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üçün yeni mexanizmlər üzərində işlər davam etdirilir.
Bankların biznes kredit faizi nə qədərdir?
Banklar arasında biznes kreditlərinin faiz dərəcəsi 10-14 % arasında dəyişir. Belə ki, "Bank Of Baku"da biznes kreditlərinin faizi minimum 14, "Kapital Bank"da 12, "Beynəlxalq Bank"da 10-14% təşkil edir.