NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada qazın qiyməti aşağı düşür

© REUTERS / HANNIBAL HANSCHKEQaz boruları, arxiv şəkli
Qaz boruları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Abunə olmaq
Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 195 dollar təşkil edib.
BAKI, 6 aprel - Sputnik. Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 200 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
Belə ki, 5 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 195 dollar təşkil edib. Bu, əvvəlki hesablama qiyməti ilə müqayisədə 3,2% azdır.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0