https://sputnik.az/20220406/ali-mekteblere-ve-kolleclere-erize-qebulu-sistemi-yeniden-aktiv-edilib-440849385.html
Ali məktəblərə və kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib
Ali məktəblərə və kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib
Sputnik Azərbaycan
Bu addım Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq atılıb 06.04.2022, Sputnik Azərbaycan
2022-04-06T11:23+0400
2022-04-06T11:23+0400
2022-04-06T12:57+0400
kollec
cəmiyyət
imtahan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510710_0:0:3073:1728_1920x0_80_0_0_0f11dbf048fe3f64736adf1e3e95e2d5.jpg
BAKI, 6 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, aşağıdakı kateqoriyadan olan abituriyentlər aprelin 6-dan 25-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər:- Bu il buraxılış imtahanı vermiş, lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;- Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları. Bu abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə bilərlər.- Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlər çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda qeydiyyatdan keçə bilərlər.Qeyd edək ki, ərizə qəbulu martın 18-də başa çatmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510710_11:0:2742:2048_1920x0_80_0_0_704e073b032d812ef7e1dbb825ad8bb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kollec, imtahan
Ali məktəblərə və kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib
11:23 06.04.2022 (Yenilənib: 12:57 06.04.2022) Bu addım Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq atılıb
BAKI, 6 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, aşağıdakı kateqoriyadan olan abituriyentlər aprelin 6-dan 25-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər:
- Bu il buraxılış imtahanı vermiş, lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;
- Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları. Bu abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə bilərlər.
- Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlər çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, ərizə qəbulu martın 18-də başa çatmışdı.