CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalandakı şəhərcikdə binaların birindən digərinə hoppanmaq olar - Memar

© Sputnik / Irade JELILXırdalan
Xırdalan - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Mütəxəssis bildirir ki, binaların yaxın məsafədə tikilməsinin acı nəticəsi yanğın baş verərkən onun bir evdən digər evə keçməsində olacaq.
BAKI, 5 aprel — Sputnik. "Xırdalanda şəhərcik salıblar. Bu bina ilə o biri bina arasında 4-5 metr məsafə var, yəni, elə təsəvvür edin ki, birindən digərinə hoppanmaq olar".
Qocaman memar Fəxrəddin Miralayev Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
O bildirir ki, müxtəlif xəstəliklərin olmaması üçün binaya Günəş işığı düşməlidir:
"11 mərtəbəli, yaxın məsafədə tikilən binaların birinci mərtəbəsinə işıq düşə bilər? Mənə belə binada pulsuz da ev versələr, belə almaram. Bina Günəş şüası qəbul etməlidir ki, mikroblar ölsün. Binaların yaxın tikilməsinin yarada biləcəyi tək fəsad bundan ibarət deyil. Təsəvvür edin ki, birdən yanğın hadisəsi baş verir. Yanğınsöndürən maşın necə əraziyə daxil olacaq?".
© Photo : REPORTFəxrəddin Miralayev
Fəxrəddin Miralayev - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Fəxrəddin Miralayev
O bildirir ki, binaların yaxın məsafədə tikilməsinin acı nəticəsi isə yanğın baş verərkən onun bir evdən digər evə keçməsi olacaq:
"Bu da bir tərəfə, təsəvvür edin ki, 1 yox 50 ev yanır. FHN o zaman bu yanğını necə söndürəcək? Binalar elə tikilməlidir ki, həyətdə uşaqların rahat oynaması üçün park olsun, bir kölgəlik olsun. Baxın, əvvəllər kişilər həyətdə oturub nərd oynayardılar, uşaqlar topla oynayıb əylənərdilər. Bir-birinə yaxın binalarda uşaqlar top-top oynaya bilmirlər. Bəs bu uşaqların axırı necə olacaq? Ya gedib narkoman olacaq, ya da başqa bir şeylə məşğul olacaqlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Рабочий на строительстве ЖК  - Sputnik Azərbaycan, 1920, 03.02.2022
CƏMİYYƏT
Ev bizim, sirr özgənin: Belə materiala görə qonşuya səs çox gedir
Xəbər lenti
0