CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhidlik zirvəsini arzuladı və arzusuna çatdı: Ömrü 21 yaşda bitən gizir Bəxtiyar

© Sputnik / Rahim MammadovAprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Aprel şəhidi Bəxtiyarın atası Rafayıl Hüseynov oğlunun ölümündən bir neçə ay sonra həsrətə dözə bilməyərək dünyasını dəyişib.
BAKI, 5 aprel — Sputnik. Qalib əsgər, qalib ordu və nəhayət, qalib ölkə. Bu sadalananlara nail olmaq üçün hər bir Azərbaycan vətəndaşı tələsirdi. 30 ildən artıq düşmən tapdağında qalan torpaqları azad etmək üçün qəhrəman əsgər ali baş komandandan "irəli" əmrini gözləyirdi. Erməni silahlılarının dəfələrlə təxribatlarının qarşısını alıb, onları geri oturdan əsgər və zabitlərimiz işğalda olan torpaqları azad edəcəkləri günü səbrsizliklə gözləyirdilər.
© Sputnik / Rahim MammadovAprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
2016-cı ilin aprel səhəri düşmənin təxribatı, artıq qəhrəman əsgərin səbrini daşdırdı. Kəndləri artileriya atəşinə tutan ermənilərin ərazilərimizə soxulmaq cəhdinin qarşısı qətiyyətlə alındı. 4 günlük müharibədə Ermənistan silahlı qüvvələrinə məxsus xeyli canlı qüvvə, texnika məhv edildi. Məğlub olan düşmən ordusu geri çəkilərək yenidən atəşkəs üçün yalvarmağa başladı. Azərbaycan ordusu Tərtərin Talış kəndi istiqamətində bir neçə strateji yüksəklikləri, Lələ təpəni azad edərək həmin ərazilərə üçrəngli bayrağımızı sancdılar. Bu qələbə 44 günlük Vətən Müharibəsində qazanılan zəfərin başlanğıcı, təməli olur.
© Sputnik / Rahim MammadovAprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Aprel döyüşlərində canından keçən, sağlamlığını itirən neçə-neçə vətən oğulları var. Onlardan biri də Bəxtiyar Hüseynovdur. O, 1995- ci il 17 iyul tarixində Goranboyun Qızılhacılı qəsəbəsində doğulub. Kiçik yaşlarından idmana, hərbi sahəyə marağı onu ordu sıralarında gizir rütbəsinə qədər qaldırır. Bəxtiyar Hüseynov aprel döyüşlərində XTQ-nin giziri olaraq Tərtərin Talış kəndi istiqamətində düşmənə sarısıdıcı zərbələr endirir. Aprelin 3-də döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olur.
Doğmaları Bəxtiyarın qorxmaz, igid bir övlad olduğunu deyir. Anası Afaq Hüseynova övladının əşyalarını, geyimlərini, şəkillərini bir otağa toplayıb kiçik müzey hazırlayıb. Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində hər gün həmin otağa daxil olub, övladının qoxusunu aldığını bildirib:
"Ailənin böyük övladı olan Bəxtiyar qorxmaz uşaq idi. Öz istəyi ilə hərbi sahəni seçmişdi. Şəhid olmazdan bir həftə qabaq evə gəlmişdi. Soruşdum ki, "işin necədir, ağır deyil ki?" Heç nə danışmadı. Sadəcə onu dedi ki, "mənim əhvalımı soruş, işimi neynirsən?" Oğlum subay idi. Sevdiyi vardı, elçi getmişdik, amma nişan taxmamışdıq. Allah qismət eləmədi".
© Sputnik / Rahim MammadovAprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Dərdli ana deyir ki, Bəxtiyardan danışmaq onun üçün çox ağırdır:
"Onun itkisi məni çox əzib. Şəhidlik böyük zirvədir. Bir ana kimi fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid olub. Bəxtiyarın özünün arzusu da şəhid olmaq idi. Deyirdi, "mən şəhid olsam ağlama, üz-gözünü cırma, saçlarını yolma, şəhid anası məğrur olar, ağlamaz". Şəhid olmaq onun arzusu idi. Deyirdi ki, "istəyərəm şəhid olam, məni milyonlar dəfn eləsin. Yüz yaşına qədər yaşasan, səni heç kim tanımayacaq, 6-7 adam dəfn edəcək". Balam arzusuna çatdı, ən uca zirvəyə - şəhadətə yüksəldi."
© Sputnik / Rahim MammadovAprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Şəhidin babası Rəsul Qurbanov 1-ci Qarabağ müharibəsi veteranıdır. O, nəvəsi Bəxtiyarın onun yolunu davam etdirdiyini deyir:
"Aprel döyüşləri Vətən Müharibəsindəki qələbəyə şərait yaratdı. Həm 44 günlük müharibədə, həm də aprel döyüşlərində şəhid olanların qarşısında baş əyirəm. Onların hamısı xatirəsi uca tutulası, daim fəxr olunası adamlardır. Aprel döyüşlərində qələbəni bizə hazırlayıb vermişdilər. Davamçıları da 44 günlük müharibədə qalibiyyəti bizə yaşatdılar. Bu gün vətən toprağının bütövlüyü, azad olması bu qəhrəmanların hesabınadır."
© Sputnik / Rahim MammadovAprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Aprel şəhidi Bəxtiyar Hüseynovün xatirə guşəsi
Bəxtiyar Rafayıl oğlu Hüseynov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
Qeyd edək ki, şəhidin atası Rafayıl Hüseynov övladının itkisinə dözə bilməyərək bir neçə ay sonra dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0