Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Raket və artilleriya bölmələri atəş tapşırıqları yerinə yetirib

© AR Ministry of DefenceRaket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib
Raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.
BAKI, 5 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində yaylım atəşli reaktiv sistemlərdən atəş tapşırıqları yerinə yetirilib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə heyətlər şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Təlimin keçirilməsində əsas məqsəd Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan hərbçiləri - Sputnik Azərbaycan, 1920, 05.04.2022
HƏRBİ
MAXE olmaq istəyənlərin nəzərinə: MN növbəti qəbulunu elan edib
Xəbər lenti
0