https://sputnik.az/20220405/qeydiyyatdan-kecmis-bezi-dini-icmalara-sehadetname-teqdim-edilib-440791171.html
Qeydiyyatdan keçmiş bəzi dini icmalara şəhadətnamə təqdim edilib
Qeydiyyatdan keçmiş bəzi dini icmalara şəhadətnamə təqdim edilib
Sputnik Azərbaycan
Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 980 dini qurum dövlət qeydiyyatına... 05.04.2022, Sputnik Azərbaycan
2022-04-05T23:47+0400
2022-04-05T23:47+0400
2022-04-05T23:47+0400
dini icma
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40733/38/407333888_0:0:2001:1125_1920x0_80_0_0_c5904b49cf4bb9656fff456583c48b77.jpg
BAKI, 5 aprel — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 5 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr təqdim olunub.Komitədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, tədbir iştirakçılarına Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdıran DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, milli-mənəvi, tolerantlıq dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağın, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyin önəminə toxunub.Eyni zamanda, dini icma sədrlərinə insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirlərin, hərəkətlərin qarşısını almaq, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmək, ümummilli maraqlardan çıxış etmək tövsiyə olunub.Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 980 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 943-ü İslam, 37-i isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40733/38/407333888_94:0:1801:1280_1920x0_80_0_0_4145bc880362da7ee9ffc891bab65071.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dini icma
Qeydiyyatdan keçmiş bəzi dini icmalara şəhadətnamə təqdim edilib
Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 980 dini qurum dövlət qeydiyyatına alınıb.
BAKI, 5 aprel — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 5 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr təqdim olunub.
Komitədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, tədbir iştirakçılarına Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdıran DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, milli-mənəvi, tolerantlıq dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağın, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyin önəminə toxunub.
Eyni zamanda, dini icma sədrlərinə insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirlərin, hərəkətlərin qarşısını almaq, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmək, ümummilli maraqlardan çıxış etmək tövsiyə olunub.
Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 980 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 943-ü İslam, 37-i isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.