NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Parlament yeni neft sazişini təsdiqləyib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis  - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Deputatlar sənədi uğurla davam etdirilən neft strategiyasının tərkib hissəsi kimi xarakterizə ediblər.
BAKI, 5 aprel — Sputnik. Milli Məclis yeni neft sazişini təsdiqləyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün parlamentdə "Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti (SOCAR) ilə "GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsinə baxılıb.
2021-ci il dekabrın 14-də Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti ilə "GL International LTD" MMC ("GL LTD") arasında Risk Xidməti Sazişi bağlanıb.
Bu qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir.
Bu qanun qüvvəyə mindikdən sonra podratçının (və ya onun hüquq varislərinin) saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün podratçıya bütün lazımi lisenziyalar, icazələr, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
Sazişə və ya əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız sazişin tərəflərinin qarşılıqlı yazılı razılığı ilə edilir.
Deputatlar layihənin yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlüklərinindən bəhs edib.
Deputatlar sənədi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının tərkib hissəsi kimi xarakterizə ediblər. Millət vəkilləri sazişi köhnə yataqların bərpası və yenidən işlənməsi, müasir standartların tətbiqi və hasilatın artırılması, kadr və peşə hazırlığının nəzərdə tutulması baxımından yüksək dəyərləndiriblər. Onlar həmçinin hazırda yataqların istismarı ilə məşğul olan idarənin işçilərinin işlə təmini, ətraf mühitin qorunması kimi məsələlərin necə həll olunması ilə maraqlanıblar.
Sazişin həyata keçiriləcəyi aralıq dövrü (ilk 24 ay) və hasilat dövründə (aralıq dövründən sonrakı 25 il) həyata keçiriləcək iş proqramlarını, hasilatın artırılması və bölgüsü, kəşfiyyat işlərinin aparılması, Azərbaycan vətəndaşlarının işlə təmin olunması və kadr hazırlığı kimi məsələlərlə bağlı podratçının götürdüyü öhdəliklər diqqətə çatdırılıb.
Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.
Qeyd edək ki, Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərq hissəsində, Bakı şəhərindən 30 km aralı: qərbdə Maştağa kəndi, şərqdə Buzovna, cənubdan Qala yatağı arasında yerləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0