Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Ölkələr üzrə müsəlman əhali

Abunə olmaq
Müxtəlif ölkələrdə nə qədər insanın İslamı qəbul etdiyini hər bir dövlətin göstəricilərində tapmaq olar. Dünya reytinqlərində hətta daha əvvəldən qeyri-islami hesab edilən ölkələr var.
Azərbaycan postsovet məkanında islamı qəbul edən əhalinin sayına görə ölkələrin reytinqində dördüncü yerdədir.
Dünya reytinqində Azərbaycan 9,735 milyon nəfər islam dininə etiqad edən əhali ilə 34-cü yerdə qərarlaşıb.
Azərbaycan ərazisində müxtəlif konfessiyaların nümayəndələri var, lakin islam dini üstünlük təşkil edir. Bunu respublika sakinlərinin əksəriyyəti etiraf edir.
Azərbaycan əhalisinin təxminən 99,2 faizi müsəlmanlardır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatına görə, onların, təxminən, 85%-i şiə, qalan 15%-i isə sünnilərdir.
İslam dini müasir Azərbaycan ərazisinə VII əsrin ortalarında, ərəblərin Zaqafqaziyaya hücumu zamanı daxil olub.
Respublikada müsəlmanların üstünlüyünə baxmayaraq, din dövlətdən ayrıdır.
Qeyd edək ki, hazırda 20 milyon müsəlmanın yaşadığı Rusiya eyni reytinqdə 20-ci yerdə qərarlaşıb. Dünya reytinqində isə İndoneziya birinci yerdədir. Orada 227 milyondan çox insan İslam dininə etiqad edir. Reytinqi 1500 müsəlmanla Estoniya bağlayır.
Ölkələrin müsəlman əhalisinə görə sıralanması ilə bağlı ətraflı məlumat üçün Sputnik Azərbaycan-ın infoqrafikasına baxın.
Xəbər lenti
0