NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft yenidən bahalaşır - Nə baş verir?

© AFP 2024 / MLADEN ANTONOVBakıda neft nasosu
Bakıda neft nasosu - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Azərbaycan nefti də 2 dollara yaxın qalxıb. Neftin bahalaşmasının səbəbləri Sputnik Azərbaycan-ın materialında
BAKI, 5 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,86 ABŞ dolları və ya 1,68% artaraq 112,44 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,39 dollar bahalaşaraq 108,92 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,35 dollar artaraq 104,63 dollar olub.
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi çağırışları neft bazarlarında qiymətlərin artmasına səbəb olub.
Neft bazarında yenidən sanksiyalarla bağlı narahatlıqlar üstünlük təşkil edərkən, səudiyyəlilərin qiymət artımı da ön plana çıxıb. Səudiyyə Ərəbistanı 2022-ci ilin may ayında dünyanın bütün regionlarına neft tədarükü üçün qiymətləri qaldırıb.
"Saudi Aramco" şirkəti gələn ay Asiyaya tədarükü üçün nəzərdə tutulan "Arab Light" markalı xam neftin qiymətini istifadə etdiyi göstəricidən bir barel üçün 9,35 dollar yüksəldib. Bu, aprel üçün müəyyən olunmuş qiymətdən 4,40 dollar çoxdur.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0