Havada tozun miqdarı norma daxilindədir

© Sputnik / Murad OrujovBakıda tozlu hava, arxiv şəkli
Bakıda tozlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
ЧПУ:
Тайтл: Havada tozun miqdarı norma daxilindədir
Подводка: Sinoptik şəraitlə əlaqədar gün ərzində zəif çirklənmə səviyyəsi proqnozlaşdırılır
BAKI, 5 aprel — Sputnik, Zülfiyyə Quluyeva
Dünən ölkə ərazisində transsərhəd, eyni zamanda güclü şimal-qərb küləkləri nəticəsində lokal xarakterli çirklənmə müşahidə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, ötən gün Bakı şəhərinin Xətai rayonunda günün bəzi saatlarında havada tozun miqdarı 5.9, Nizami rayonunda 7.2, Səbail rayonunda 8.4, Gəncə şəhərində isə normadan 2.9 dəfə yüksək olub: "Avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən, bu gün səhər saatlarında havada qaz qarışıqlarının və dispers toz hissəciklərinin konsentrasiyaları norma daxilindədir. Sinoptik şəraitlə əlaqədar gün ərzində zəif çirklənmə səviyyəsi proqnozlaşdırılır".
Xəbər lenti
0